Şabranda “Zəfər yürüşü” təşkil olunub
Şabran, 6 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 6-da Şabran şəhərində keçirilən “Zəfər yürüşü”ndə mədəniyyət işçiləri, yeniyetmələr, gənclər, idmançılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yürüşün əvvəlində iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
“Vətən” mahnısının sədaları altında keçirilən “Zəfər yürüşü” Şabrandakı Qala meydanınadək davam edib.
Yürüş “Vətən” fləşmobunun təşkili və Azərbaycan bayrağının Qala zirvəsində dalğalandırılması ilə başa çatıb.