İQTİSADİYYAT
Sabunçu rayonundakı Heydər Əliyev adına İstirahət Parkında yenidənqurma işləri aparılır
Bakı, 10 mart (AZƏRTAC ). Sabunçu rayonunun Bakıxanov qəsəbəsində inşa edilmiş “Asan Xidmət”in inzibati binası istismara tam hazırdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, “Asan Xidmət” cari ilin mart ayında fəaliyyətə başlayacaqdır.
Rayonun Zabrat qəsəbəsindəki qəza vəziyyətinə düşmüş 2 nömrəli uşaq bağçasında məskunlaşmış 10 qaçqın ailə köçürülmüş təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Hazırda Bakıxanov qəsəbəsi ərazisində Sabunçu Rayon Məhkəməsi və 2 nömrəli Bakı İnzibati-İqtisad Məhkəməsi üçün binalar tikilir.
Heydər Əliyev adına İstirahət Parkında xüsusi layihə əsasında yenidənqurma işləri ilə yanaşı, orada Heydər Əliyev Mərkəzinin inşası davam etdirilir.