Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞAH və... MAT

ŞAH və... MAT

...Bu yazı - ZAMANIN müşahidələridir... 

Davamlı müşahidələrin yaddaşımda üst-üstə çinlədiyi təəssüratlar isə çoxdur, lap çox...

Onları qələm-kağızla bölüşmək istəyəndə elə bil daxilimdən bir səs azca səbir etməyi, yaddaşın yeni təəssüratlarla zənginləşməsini gözləməyi təlqin edirdi...

...Yeni gedişlər üzərində uzun-uzadı düşünən şahmatçıları xatırlayıram. Bəlkə ona görə ki, yaddaşımdakı təəssüratların, obrazların, sözlə təsvir etmək istədiyim həyat mənzərələrinin bu intellektual oyunla çox oxşarlıqları, ortaq cəhətləri var...

Siyasət meydanı - hüdudları bilinməyən, oyun şərtləri, qaydaları doğru-dürüst bəlli olmayan və Dünyanın özü böyüklüyündə Şahmat Taxtasıdır.

Burada gedişlərin proqnozlaşdırılmasına imkan tanımaq, gələcək addımlarla bağlı gümanları “çiçəkləndirmək” uğurlu nəticənin qarşısını almaqdan ötrü onların hər birinə qarşı əks addımlar düşünən bədxahlara şərait yaratmaq deməkdir.

Kamil Liderlərin heç biri belə davranmayıb...

Ona görə də sonda ZƏFƏR onların, məğlubiyyət isə bədxahlarının tərəfində olub...

* * *

“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 5 fevral 2018-ci il tarixli Sərəncam çıxanda bu mühüm dövlət sənədi düşüncələrdə aydınlıq yaratdı.

Xaricdə Azərbaycanın xeyrini istəməyənlərin düşərgəsində yaranmış ani sükut qəfil yeniliyin bu səmt üçün də gözlənilməzliyini söyləyirdi. Mənfur xislətlilər tələm-tələsik özlərinə gəlib bu sükutu pozanda, Avropanın müxtəlif zibilliklərində güzəran keçirən “söyüş müxalifəti”ni hərəkətə gətirəndə, onlar küfr dolu ağızlarını milli dövlətçilik atributlarımıza qarşı açıb-yummağa başlayanda isə hisslər, sualların cavabları yavaş-yavaş öz yerini tutmağa başladı.

Başları Azərbaycana qarşı şər əməlləri hələlik düşüncələrdə, masa arxasında düzüb-qoşmağa qarışan, bunları reallığa çevirməkdən ötrü isə payızı gözləyən bədxahlar fakt qarşısında qalıb, suç üstündə aləmə faş oldular. Ona görə də əllərindəki bir neçə gündən maksimum istifadə edib ortalığı qarışdırmağa çalışdılar. Geri zəkalarının imkan verdiyi qədər nələrsə etməyə çalışdılar.

Amma... İlk gediş artıq edilmişdi...

Oyunun finalı da, mat qalan tərəf də bəlli idi...

Bu gediş - bütün digər məqamları ilə yanaşı, mahir siyasət USTADININ - Heydər Əliyevin yetirməsi olan İlham Əliyevin artıq özünün də bu sənətin böyük cahangirinə çevrildiyini, siyasətin incəliklərini öyrənmək istəyənlərə uzaqgörən qərarları və onların mükəmməl nəticələri ilə əsl ustad dərsi verdiyini göstərdi.

Və AZƏRBAYCAN qalib gəldi!..

* * *

Əsl LİDERLƏR də yaradıcı insanlardır...

Və TARİX yaradırlar!..

Tarixin xammalı saniyələri dəqiqələrə, dəqiqələri saatlara, saatları günlərə, aylara, illərə və əsrlərə çevirən zamandır. Bu mənada liderlik zamanla işləmək sənətidir, onu dərindən duymağı bacarmaqdır, hər addımın öz vaxtını-vədəsini zərgər dəqiqliyi ilə hesablamağı bilmək və ona uyğun davranmaqdır.

LİDERİN isə zamanla bağlı mühüm məsuliyyəti var.

Siyasətdə ZAMAN qiymətlidir, onun düzgün hesablanması, qərarların, atılan addımların, gözləntilərin öz zamanına görə müəyyənləşməsi xalqın, dövlətin, cəmiyyətin həm də tale məsələsidir.

Siyasətdə bir gün, bir ay, bir il bizim düşündüyümüz anlamdakı konkret zaman vahidi deyil, yerlərini dəyişə bilər, bircə günün hadisəsi bir əsrlik nəticə yaradıb cəmiyyəti yüz il qabağa apara da bilər, böyük bir əsr ətalət içində keçmiş gün kimi boşuna da keçər.

İlham Əliyev ona görə zəmanəsinin böyük Lideridir ki, zamanı son dərəcə həssaslıqla duyur, siyasət vədəsində özünü çox rahat hiss edir, vaxtı, böyük mənada tarixi idarə edib istiqamətləndirməyi bacarır, hər bir addımın vədəsini səbirlə gözləməyi bilir və heç bir anı, Azərbaycan üçün heç bir fürsəti fövtə vermir.

Bu, Azərbaycan Prezidentinin öz ustadından - ulu öndər Heydər Əliyevdən əxz etdiyi parlaq keyfiyyətlərdəndir.

Heydər Əliyev də zamanla ustalıqla davranmağı çox gözəl bacarırdı, çünki öz böyüklüyü ilə vaxtın fövqündə dayanmışdı, zamanın zirvəsindən onun keçmişi, bugünü qədər gələcəyini də çox aydınlıqla görə bilirdi.

Elə “Mən Ona özüm qədər inanıram” əminliyi ilə xalqa üz tutaraq - öz zamanının sona qədər başa çatdıra bilmədiyi işlərini İlham Əliyevin rəhbərliyi ilə qurula biləcək gələcəyə etibar etməsi də dövlətçilik memarının sabahla bağlı strateji baxış və gözləntilərindən irəli gəlirdi.

* * *

Şah əsəri olan Azərbaycanı İlham Əliyevə əmanət edərkən Ulu Öndərin əsas istəyi müstəqil dövlətimizin milli taleyinin başqa əllərə keçməməsi, istiqlalımızın daha da möhkəmləndirilməsi, vətən evinin abadlığı, insanlarımızın layiq olduqları həyat səviyyəsinə yetişməsi, Azərbaycanın dünyada tanınması, ölkə sərhədlərindən kənarda adımızın hörmətlə çəkilməsi, ən mühümü isə yağıların ələ keçirdiyi torpaqlarımızın azadlığı idi.

İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün tarixinin ən qüdrətli mərhələsinə gəlib çatıb. Prezidentimizin özünün də qeyd etdiyi kimi, Azərbaycan tarixin heç bir dövründə indiki qədər güclü olmayıb.

Bu, vətəndaş olaraq hər birimizin içində yaşadığımız, hər gün həyatımızda hiss etdiyimiz reallıqdır.

Azərbaycanın tək regionda deyil, qlobal miqyasda belə hər məsələ ilə bağlı öz sözü, öz yanaşması var, kimsə ölkəmizi müstəqil mövqeyindən, müstəqil siyasətindən çəkindirmək iqtidarında deyil.

Azərbaycan heç kimə böyük qardaş demir və kimsənin də kiçik qardaşı olmağa hazırlaşmır!..

Bütün ölkə boyu, eyni vaxtda, paralel şəkildə apardığı tikinti-quruculuq işləri ilə bambaşqa bir Azərbaycan yaradır.

Respublikanın hər bucağında, sinxron şəkildə, bir-birini ahəngdarlıqla tamamlayan tərzdə həyata keçirdiyi genişmiqyaslı işlərdə mükəmməl bir nizam, dəqiq planlaşdırma, ciddi hesabatlılıq var. Azərbaycan Prezidenti qrafikinin gərginliyinə baxmayaraq, bu işlərin hər birini nəzarətində saxlayır, onlara nizam verir.

Yeri gələndə, komandasından, dövlət məmurlarından da bunu qətiyyətlə tələb edir.

Onların da öz işlərində, yerinə yetirdikləri vəzifəyə münasibətlərində, məsuliyyət duyğularında, insanlara, mövcud problemlərə baxışlarında və onların həlli üçün çevik davranışlarında ölkə rəhbərini örnək götürmələrini istəyir.

O inamı yaradan, vətəndaşlarımızın bu münasibətini formalaşdıran isə İlham Əliyevin qısa müddət ərzində yaratdığı nailiyyətlərdir.

Siyasətdə uğurun başqa bir adı da hər addımın öz zamanıdır, böyük şahmat taxtasında edilmiş mahir gedişlərin parlaq nəticələrini bəzən illərlə gözləməyi bacarmaqdır və İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın qazandığı uğurların ən dəqiq formulu da elə budur.

Onun həyata keçirdiyi bütün islahatlarda, atdığı bütün addımlarda bir ardıcıllıq, dəqiq proqnozlaşdırma, zamanın da, insanların da doğru seçimi özünü göstərir və bütün bunlar Azərbaycan üçün mükəmməl nailiyyətlər yaradır.

İlham Əliyev hər sahədə bir dəqiq qrossmeyster gedişi ilə insanları təəccübləndirməyi bacarır.

Hansısa qrupların ehtimallarını, gümanını, hansısa cinahın təxminlərini, müxtəlif maraqlarla irəli sürülmüş ekspert yozumlarını heç zaman doğru çıxarmır, bu təxminlər, güman və rəylər dövlət rəhbərinin qərarlarına təsir göstərə bilmir.

Onun sözünün və qərarlarının arxasında bir amil var: QƏTİYYƏT!..

Azərbaycan Prezidenti son dərəcə informasiyalı lider olmaqla yanaşı, malik olduğu məlumatlarla məqsədyönlü iş, fərqli xəbərlərin təhlili əsasında düzgün nəticələrin ortaya çıxarılması və addımların buna uyğunlaşdırılması sahəsində də fitri istedada malikdir. Bəzən o, hansısa siyasi gedişlər edir, yalnız regionda, yaxın-uzaq ölkələrdə baş verən hadisələr bu addımın əsl mahiyyətini üzə çıxarandan sonra fərqində oluruq ki, Azərbaycan Prezidenti nə qədər dəqiq operativ informasiyalara malik imiş, onun addımı ölkəmizin, xalqımızın milli maraqlarına necə uzaqgörənliklə hesablanıbmış...

* * *

Azərbaycan rəhbərliyi ölkənin hərtərəfli inkişafı, uzaq hədəflərə hesablanmış layihələr, ordumuzun hərbi qüdrətinin artırılması, beynəlxalq informasiya müharibəsində rəqib üzərində qazanılan aşkar üstünlüklə şahmat taxtası arxasında qurduğu pərgar oyun strategiyasının ilk nəticələrini gözləyirdi.

Və nəticələr çox da yubanmadı.

Erməni cəmiyyətini illərdir özünün və ətrafının hakimiyyət hərisliyinin girovuna çevirmiş, insanları işğalçılıq xəstəliyinə yoluxdurmuş Sarkisyan rejimi bir gün gözünü açıb o cəmiyyəti qarşısında gördü və “Mən səhv etmişəm” etirafı ilə miskincəsinə hakimiyyət kürsüsündən qovuldu.

Bu, Azərbaycan Ordusunun iki il əvvəlki Aprel zəfəri ilə Ermənistan cəmiyyətinə verdiyi dərsin, bu cəmiyyətdə yaranan dərin mənəvi çatların nəticəsidir.

Bu, İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin, Ermənistanın getdikcə daha ağır təcrid durumuna salınmasının, dalana dirənib çıxılmaz vəziyyətə gətirilməsinin düşmən ölkədə yaratdığı böhrandır...

* * *

...Müharibədə verdiyimiz şəhidlərimizin nakam taleyinin yaraları sağalan deyil... Qalan dərdlərsə həllini tapacaq. Sosial problemlər də yoluna qoyulacaq, torpaqlar da azadlığa qovuşacaq və biz əvvəl-axır nisgilli yurdlarımıza dönüb o torpaqları elliklə yenidən gülüstana çevirəcəyik.

Bu gün bunu ordumuzun Aprel döyüşləri zamanı işğalçılardan təmizlədiyi Cocuq Mərcanlıda edirik.

Bir zamanlar güllə yağışları yağan bu torpaqlara indi toxum səpilir, bərəkət boy göstərir, məhsulla birgə gələcəyə inam və ümidlər göyərir.

Azərbaycan isə bu illərdə apardığı məqsədyönlü siyasətlə Ermənistan əhalisinin ümidlərini əllərindən aldı, onların ümid və inamlarını, gələcəklərini qaraltdı!..

Bu gün Ermənistanın düşdüyü böhran Azərbaycanın, onun liderinin apardığı siyasətin nəticəsidir!..

Düşmən ölkədəki həmyaşıdlarının bu pessimist ovqatı ilə müqayisədə Azərbaycan gəncliyinin Aprel döyüşləri zamanı nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqları xatırladınızmı?!

Böyük bir ruhla cəbhəyə yollanıb düşmənin burnunu ovmaq istəyən, qələbənin bir parçası olmağa can atan Azərbaycan gəncliyində Aprel zəfərinin yaratdığı coşqu yenidən yaddaşınızda canlandımı?!

Fərqi duydunuzmu?!

Onlar İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda yetişən nəsildir.

Onun apardığı inkişaf və düşmənə hərtərəfli təzyiq siyasətinin yaratdığı iki cəmiyyətdir, cəmiyyətlər arasındakı kəskin fərqdir, təzaddır...

Bu, bir zamanlar başqasının kölgəsini öz kölgəsi bilib işğal edilmiş torpaqlarda şahlıq iddiasında olan düşmənin MAT vəziyyətinə düşməsidir...

* * *

İlham Əliyev Azərbaycan insanlarının arzularından gəlmiş liderdir.

Müasir dünyada miflər dövrü çoxdan geridə qalıb. Öz siyasətini toplumu yuxuya verməkdən ötrü uydurulmuş əsatirlər, saxta ideologiyalar üzərində quran, gələcək barədə qeyri-real təsəvvürlərə malik olan liderlər əvvəldən iflasa məhkumdurlar. Çünki çağdaş texnologiyalar dövründə insanlar artıq kimin kim olduğunu aydın görürlər. Dünyanın haralara doğru getdiyini də dəqiq bilirlər.

İlham Əliyev ona görə zəmanəsinin ən uğurlu siyasi xadimlərindəndir ki, o, bu zamanın özünün yetirdiyi, vaxtın şərt və reallıqları mühitində yetişib püxtələşmiş liderdir. Miflərə, mənasız pafosa, dumanlı xülyalara əsaslanan arxaik tərzlər, yanaşmalar ona yaddır. Azərbaycan Prezidenti bu gün lider böhranı yaşayan müasir dünyadakı bir çox ölkə rəhbərlərindən fərqli olaraq gələcək barədə aydın təsəvvürə malikdir. Rəhbərlik etdiyi Azərbaycanın bu gün inkişaf yolunun hansı məqamında olduğunu düzgün təhlil edərək onun bir neçə on il sonrakı arzuedilən mənzərəsini də yaratmağı bacarır.

İnkişafı cəmiyyətin hər bir sahəsində izlədiyimiz bugünkü Azərbaycan İlham Əliyevin hələ 2003-cü ildə hakimiyyətə gələrkən düşüncələrində şəkilləndirdiyi Vətəndir. Onun bu gün apardığı bütün islahatlar, qarşıya qoyduğu vəzifələr, atdığı addımlar, həyata keçirdiyi köklü dəyişikliklər isə bir neçə il sonranın xəyali Azərbaycanına yetişməkdən ötrüdür.

O, “Yeni əsrin müqaviləsi”ni imzalamaqla, əslində, Azərbaycanın 2050-ci ildəki intibahını da düşündüyünü və onun təməlini indidən qoyduğunu nümayiş etdirdi.

Azərbaycan Prezidenti aydın vizyona malik lider olmaqla yanaşı, həm də kamil menecerdir və bu peşəkar qabiliyyət təkcə rəhbərlik etdiyi komandanın, dövlət institutlarının, reallaşdırılan irimiqyaslı layihələrin deyil, yaranan fərqli situasiyaların, gözlənilməz vəziyyətlərin də çevik şəkildə idarə olunmasını əhatə edir.

Azərbaycan həyatının bütün sahələri üzrə - siyasətindən tutmuş iqtisadiyyatına, mədəniyyətindən tutmuş elminə, təhsilinə, kənd təsərrüfatına, vətəndaşların sosial müdafiəsinə, turizminə, idmanına, diaspor fəaliyyətinə qədər qət edilməli olan bütün yolların xəritələri, bu yolların strateji hədəfləri Prezidentin masası üzərindədir və o hədəflərə doğru hər addım saat dəqiqliyi ilə idarə olunur, hər addımın, hər tapşırığın icrası vəziyyətinin hesabı soruşulur.

Bütün peşəkar idarəçilər kimi, onun da fəaliyyətində strateji planlaşdırma xüsusilə diqqəti çəkir.

Belə qabiliyyət ona dünyada baş verən başlıca trendləri həssaslıqla duymağa, yaxın-uzaq ölkələrdəki hadisə və proseslərin Azərbaycana mümkün təsirlərini əvvəlcədən proqnozlaşdıraraq lazımi tədbirlər görməyə, hətta problemləri belə ölkəmiz üçün imkanlara çevirməyə şərait yaradır.

Dünyanı silkələyən təlatümlər Azərbaycandan yan keçir, bizi istəməyən qüvvələrin bütün cidd-cəhdlərinə rəğmən Vətənimizin sakitliyi, sabitliyi, hüzuru qorunur, bu torpaqlar sülh, tolerantlıq, mədəniyyətlərarası dialoq məkanı kimi hifz edilir.

Əgər bu gün Azərbaycanı Yer üzündəki çalxalanmalardan, qandan-qadadan, qırğınlardan uzaqda saxlaya bilirsə, cəmiyyətdəki inkişaf mühitini qorumağa nail olursa, müasir dünyamızın ağır şərtləri altında övladlarımız üçün gözəl gələcək yaratmağı bacarırsa, buna görə Azərbaycan Prezidentinə hər birimizin vətəndaş olaraq bir ömürlük təşəkkür borcumuz var, vallah...

* * *

İlham Əliyevə sual verilir: “Elə hallar olubmu ki, gecələr yuxunuz ərşə çəkilib, Sizə elə gəlibmi ki, nə isə alınmır və daha nə etmək lazımdır?”

Və cavab: “Səmimi deyim ki, yuxusuz gecələr tələb edəcək dərəcədə narahatlıq doğuran bir məsələni xatırlamaqda çətinlik çəkirəm. Bilirsinizmi, elə ciddi çətinlikləri yada sala bilmirəm. Əlbəttə, işdə elə məqamlar olur ki, müəyyən məyusluq keçirirsən, çünki təlimatlar və tapşırıqlar lazımınca yerinə yetirilmir. Lakin bütövlükdə bu illər ərzində bizim bütün işlərimiz plan üzrə gedib. Ona görə mən lap əvvəldən bunu əsas götürmüşəm ki, dövlətin davamlı inkişafı yalnız atılmalı addımların ardıcıllığı, onların prioritetləri düzgün planlaşdırılmış olduqda mümkündür və onlar nəticəyə yönəldilməlidir”...

Bu, özünə, atdığı addımların düzgünlüyünə, yürütdüyü siyasətin uğuruna əmin olan, dəqiq təhlil edilmiş risklərdən, qətiyyətli mövqeyini ortaya qoymaqdan çəkinməyən, mətin, fəzilətli, humanist, əməlisaleh LİDERİN mövqeyidir.

Prezidentimizə müasir çağımızın ən mükəmməl lider obrazlarından biri kimi ərdəmlilik xasdır, bu sözün ifadə etdiyi ən gözəl mənalar, Tanrının da, insanların da, tarixin də bəyəndiyi mənəvi uca məqamlar onun şəxsiyyətində bir araya gəlir...

* * *

İlham Əliyev siyasət şahmatı arxasında apardığı bütün oyunların ona görə qalib tərəfidir ki, bütün gedişləri dürüstlük meyarına əsaslanır.

Səmimidir və özüdür...

Hər situasiyada həqiqətlərə tapınmağı, insanlara məhz doğruları söyləməyi, səmimi davranmağı, dürüstlüyü adi insani münasibətlərdə olduğu qədər idarəetmədə də nailiyyətlərin təməli rolunu oynayır.

Azərbaycan Prezidenti insanlara, fakt və hadisələrə, proseslərə münasibətində dürüst davranır və başqalarının da bu qaydalara əməl etməsini arzulayır.

İkili yanaşmalar, qeyri-səmimilik, ümumi oyun qaydalarının pozulması, prinsiplərə dönüklük onun şəxsiyyətinə də, yürütdüyü siyasətə də tamamilə yaddır.

Və İlham Əliyevin uğurlarında təvazökarlığı da çox böyük rol oynayır. Təvazö insanın ən gözəl sifətidir, mənəvi ucalığın nişanəsidir, bu, Azərbaycan Prezidentinin davranışlarında diqqəti çəkən və başqalarına da təlqin olunan əsas keyfiyyətlərdəndir.

Yenə İlham Əliyevin sözləri:Biz həmişə populizmdən, populist ritorikadan uzaq olmuşuq. Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək”...

Təvazökar siyasət belə olar və belə bir keyfiyyət liderin fəaliyyətini daha da effektiv edir, çünki eqoların məhdudlaşdırılması, mövcud problemlərə münasibətdə daha realist olmağa və onların həlli üçün doğru qərarlar verməyə imkan yaradır.

Bu - Zamanın, Dəyərlərin, İnsanların qədrini bilməkdir...

Azərbaycan Prezidenti, eyni zamanda, mükəmməl komanda qurucusudur. Rəhbərlik etdiyi komandanın, işə cəlb edib konkret vəzifələr həvalə etdiyi şəxslərin müəyyən zaman çərçivəsində, tapşırılmış vəzifələr üzrə qazandıqları nəticələri obyektiv qiymətləndirir, dövlət idarəçiliyi mexanizminin güclü və zəif tərəflərini, mövcud imkanları və gələcək üçün təhlükələri dəqiq təhlil edərək buna uyğun qərarlar verir, davamlı islahatlarla, komandanı daim yeniləşdirməklə müasir dövrün çağırışlarına, tələblərinə, xalqın gözləntilərinə uyğunlaşdırır.

Bütün bunlar uğura aparan yollardır!..

İnsanlarımızın sevgisini qazandıran cəhətlərdir!..

Tarixdə əbədiləşən sevgilərdir!..

* * *

...Yazının son cümlələrinə doğru bir an xəyala dalıb DÜNYANI Böyük Şahmat Taxtası kimi təsəvvürümdə canlandırıram.

Onun bir tərəfi Azərbaycandan kənardakı dünyadır, burada əllərində qara fiqurlar, düşüncələrində qara niyyətlər, qarşılarında qara planlar dəstə ilə üstümüzə gəlmək istəyənlər oynayır, yerbəyerdən bizə doğru fəndgir gedişlər edilir, kimsəyə boyun əyməyən bu müstəqil gücü sarsıtmaqdan ötrü ağlasığmaz kombinasiyalar qurulur.

Bir tərəfdə isə AZƏRBAYCANDIR!.. Müstəqil və sabit AZƏRBAYCAN!..

Burada xalqın sevgi dolu nəzərləri, etimadı ilə əhatə olunmuş Prezidentimiz diqqətini qarşısındakı ağ fiqurlara, ölkənin və xalqın süd kimi ağ gələcəyinə cəmləyib.

Qarşısındakı rəqiblərin bütün gedişlərini səbirlə izləyir, təhlil edir, nəticə çıxarır.

Və əlverişli məqam yetişən kimi, cəmi bircə tutarlı gedişlə, bədxah rəqiblərin hamısını mat vəziyyətinə salıb oyundan kənarlaşdıraraq, bu bəsirətə, bu zəkaya, bu Vətən sevgisinə alqışlarını əsirgəməyən, öz Liderini yeni zəfərlərə ruhlandıran xalqa doğru gülümsünür...

Qalibiyyət Prezidentimizə çox yaraşır...

Qalibiyyət Azərbaycanımıza çox yaraşır...

İmamverdi İSMAYILOV

Milli Məclisin deputatı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filippin yaxınlığında güclü zəlzələ baş verib

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil