Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Şahdəniz” yatağından ilk qaz hasilatına başlanmasından 10 il keçir

Bakı, 21 dekabr, AZƏRTAC

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından ilk qaz hasilatına başlanılmasından 10 il keçir.

AZƏRTAC BP-yə istinadla xəbər verir ki, on il əvvəl, Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağında hasilat işlərinə başlanılıb. Ötən on il ərzində, “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi çərçivəsində regionun üç ölkəsinə - Azərbaycan, Gürcüstan və Türkiyəyə davamlı surətdə etibarlı qaz təchizatı təmin edilir. Bu, 1996-cı ildə “Şahdəniz” üzrə HPBS imzalandıqdan və 1999-cu ildə “Şahdəniz” yatağında qaz kəşf edildikdən sonrakı müddətdə BP və onun tərəfdaşları üçün, habelə layihə çərçivəsində dünyanın müxtəlif yerlərində texniki layihələndirmə, istehsal, tikinti, nəqliyyat, sazlama və istismaravermə işlərinə cəlb olunmuş çoxsaylı komandalar üçün mühüm bir nailiyyət idi.

Sözügedən layihə beynəlxalq aləmdə böyük marağa səbəb olub və qaz ixrac edən ölkə olaraq Azərbaycan üçün yeni bir dönəmin başlanğıcını qoyub. On il keçəndən sonra da “Şahdəniz Alfa” platforması tam gücü ilə işləməyə davam edir. 2016-cı ilin üç rübü ərzində yataqdan təxminən 8 milyard standart kubmetr qaz və 1,9 milyon ton kondensat təhlükəsiz şəkildə hasil edilib.

“BP Azerbaijan” şirkətinin hasilat üzrə vitse-prezident Elxan Məmmədov deyir: “Şahdəniz” yatağı həm BP şirkəti, həm də Azərbaycan üçün ən strateji yataqlardan biridir. Həmin yatağın işlənməsi üçün nəzərdə tutulan ilk platformamız olan “Şahdəniz Alfa” platformasında bir sıra böyük nailiyyətlər əldə olunub. Misal üçün, qurğunun faydalı iş əmsalı AGTR və BP üzrə qlobal göstəricilər ilə müqayisədə ən yüksək olub (çox vaxt 100 faizə çatıb), BP portfelinə daxil olan ən böyük quyulardan bir neçəsi burada qazılıb və sair. Bütün bunlar böyük iftixar doğurur. Amma bundan daha da əhəmiyyətlisi odur ki, “Şahdəniz Alfa” platforması üç ölkəyə, Azərbaycan, Gürcüstan və Türkiyəyə qaz enerjisi təchiz edir və həmin ölkələrdəki insanlara öz evlərini isti və işıqlı saxlamaqda kömək edir. Ona görə də, “Şahdəniz Alfa” platformasında işləyən hər bir kəs indiyədək əldə edilmiş nailiyyətlərlə fəxr etməlidir. Həmin platforma işləmək üçün həqiqətən də gözəl bir yerdir! “Şahdəniz Alfa” komandasının bütün üzvlərini 10 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm”.

“Şahdəniz Alfa” platforması qazma və hasilat bloklarından, habelə 120 nəfər üçün nəzərdə tutulmuş yaşayış blokundan ibarət, ümumi çəkisi 32 min ton (o cümlədən, üst modulları 22 min ton, dayaqlar və özülləri 10 min ton) olan özüqalxan böyük bir platformadır. Platformanın qazma qurğuları uzunluğu 7 kilometrdən və əhatə dairəsi 3 kilometrdən çox olan quyular qazmağa, hasilat qurğuları isə gündə təxminən 1 milyard kubfut (28,5 milyon kubmetr) qaz və 60 min barrel (8000 ton) kondensat emal etməyə imkan verir.

Heç bir şübhə yoxdur ki, platformanın on il ərzində təhlükəsiz şəkildə müvəffəqiyyətlə istismar edilməsi fövqəladə səy, fədakarlıq və peşəkarlıq nümayiş etdirməkdə davam edən komandaların və ayrı-ayrı şəxslərin ərsəyə gətirdiyi böyük bir nailiyyətdir. “Şahdəniz Alfa” platforması onlar üçün sadəcə qaz hasil edən bir qurğu və ya iş yeri deyil, həyatlarının bir hissəsi, ailə və bir məktəbdir. Burada onlar bilik və bacarıqlarını inkişaf etdirərək peşəkar kimi yetişiblər və bunun sayəsində, dünya standartlarına cavab verən platformadan qaz və kondensatın hasil edilməsi və Səngəçal terminalındakı emal obyektlərinə çatdırılması ilə əlaqədar bütün texniki aspektləri əminliklə idarə edirlər.

İdarəetmə otağının texniki-təlimatçı Kieran Smit “Şahdəniz” layihəsinə təxminən 11 il əvvəl idarəetmə otağının texniki-hasilat üzrə texniki kimi qoşulub. Həmin vaxt platforma hələ də Zığ meydançasında tikilməkdə idi. O, öz xatirələrini bölüşür: “Biz, əcnəbilərdən və yerli texniklərdən ibarət kiçik bir komanda idik və növbəti 11 il ərzində “Şahdəniz” platformasının tikinti meydançasında böyüyərək BP şirkətinin dünyadakı ən iri və etibarlı hasilat platformalarından birinə çevrilməsini görmək və həmin prosesə öz kiçik töhfəmizi vermək bizə qismət oldu. Bundan başqa, bütün yerli texniklərin inkişaf etməsini böyük iftixar hissi ilə müşahidə etmişəm. Tikinti meydançasındakı həmin ilk bir-iki ay ərzində tanış olduğum yerli texniklərdən hər biri BP şirkəti daxilində müxtəlif vəzifələr üzrə irəliləyib və indi hamısı rəhbər vəzifələrdədirlər. İndi “Şahdəniz” yatağından ilk qaz hasil ediləndən sonra 10 il ötdüyünü düşünəndə, keçdiyimiz yolun bütün mühüm mərhələləri arasında birinci addım ən vacibi olub və bizə bu günədək bu qədər nailiyyətlər əldə etməyə, o cümlədən platformanın dayandırılmadan 1000 gündən çox müddətdə istismar edilməsinə nail olmağa və hər il hasilat üzrə rekordlar vurmaqda davam etməyimizə imkan verib. Heç bir şübhə yoxdur ki, “Şahdəniz” platformasında hasilatın son 10 ili iş həyatımda ən çox fəxr hissi duyduğum illərdir. Buna səbəb yalnız hasilat baxımından əldə etdiyimiz nailiyyətlər deyil. Həmin illər ərzində istismar əməliyyatları komandasının inkişaf edərək hazırda “Şahdəniz” platformasını mümkün olan ən yüksək və ən təhlükəsiz standartlar səviyyəsində istismar edən əla bir komandaya çevrilməsinin şahidi olmuşuq”.

Dənizdə texniki xidmət üzrə planlaşdırıcı Pərviz Səfərov deyir: “Mən, “Şahdəniz Alfa” layihəsinə 2006-cı ilin avqustunda qoşulmuşam. Yadıma gəlir ki, həmin zaman istismar əməliyyatları çərçivəsində işləyən bir neçə yerli texnikdən ibarət kiçik bir komanda idik. “Şahdəniz Alfa” bizim üçün gözəl bir məktəb olub. İndi etdiklərimizi orada yaxşıca öyrənmişik. İndi, “Şahdəniz Alfa” platformasının demək olar ki, tamamilə yerli əməkdaşlar tərəfindən müvəffəqiyyətlə idarə olunduğunu görməkdən fərəh hissi keçirirəm. “Şahdəniz Alfa” platformasında bu böyük nailiyyətə töhfə vermiş hər bir kəsə təşəkkürümü bildirirəm”.

“Şahdəniz Alfa”nın texniki xidmət qrupunun rəhbəri İsa Manafov deyir: “BP ailəsinin üzvü olmaqdan qürur duyuram. BP mədəniyyətindən danışanda, insanların iş yerində proseduralara və əməyin təhlükəsizliyinə riayət etdiklərini görəndə iftixar hissi keçirirəm. “Şahdəniz Alfa” platformasında işləyən hər bir kəsi təbrik etmək istəyirəm”.

“Mən “Şahdəniz Alfa” platformasına 2005-ci il avqustun 1-də Xəzər Texniki Təlim Mərkəzində hasilat üzrə texnik olaraq təlimləri başa çatdırdıqdan bilavasitə sonra gəlmişəm. Həmin vaxt Zığ meydançasında platformanın tikintisi davam edirdi. Komandam ilə birlikdə tikinti mərhələsində, sonra isə istismaravermə mərhələsində işləmişəm. Daha sonrakı bir neçə il ərzində idarəetmə otağının texniki işləmişəm, 2013-cü ildə isə hasilat üzrə supervayzer vəzifəsinə irəli sürülmüşəm. Həmkarlarım və təlimatçılar mənə həmişə dəstək olublar, bu isə mənə öz səriştə və bacarıqlarımı inkişaf etdirməyimə kömək edib,” - deyə hasilat üzrə supervayzer Samir Qaracəmirli əlavə edib.

Bütün bunlar onu göstərir ki, dünya standartlarına cavab verən bu komanda sayəsində həmin uğur gələcək illərdə də davam edəcək və qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılmasını təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib