MƏDƏNİYYƏT
“SAHƏ” BƏDİİ FİLMİ CARİ İLİN YAZINDA TAMAMLANACAQDIR
Bakı, 26 yanvar (AZƏRTAC). “Nərimanfilm” kinostudiyasında “Sahə” tammetrajlı bədii filminin montajına başlanmışdır.
Kinostudiyadan bildirmişlər ki, Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasının iştirakı ilə hazırlanmış “Sahə” filmi Azərbaycanın və Gürcüstanın ilk birgə layihəsidir. Filmdə Azərbaycan, Gürcüstan, Fransa, Rusiya və ABŞ-dan olan aktyorlar çəkilmişlər. Baş rolları Timur Oduşev (Azərbaycan), Zaza Bejaşvili (Gürcüstan) və Melissa Papel (Fransa) oynayırlar.
Ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, prodüseri Nəriman Məmmədov olan bu ekran əsəri cari ilin yazında yekunlaşacaqdır.
Filmin çəkilişləri Mədəniyyət və Turizm Nazirliyinin, “PaşaBank” Açıq Səhmdar Cəmiyyətinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]
Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub
- 03.05.2024 [12:15]
Bakıda Kukla Festivalının bağlanış mərasimi olub
- 03.05.2024 [11:56]
Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi
- 03.05.2024 [11:30]
“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib
- 03.05.2024 [11:22]
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 03.05.2024 [11:12]