Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sahibkarlığın inkişafı dövlətin daim diqqət mərkəzindədir

Bakı, 21 avqust, Ramiz Quliyev, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur," - deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul edib, onun rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.

Ulu Öndərin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müdrikliklə və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində son illər ölkəmizdə mühüm iqtisadi islahatlar aparılır.

Dövlət başçısının aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bəyan etdiyi kimi, sahibkarlığın inkişafı dövlət üçün prioritet məsələlərdən biridir və bu sahəyə daim siyasi və metodiki dəstək göstərilir.

Ümumilikdə isə özəl sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasına, yeni müəssisələrin yaradılması ilə işsizliyin azaldılmasına, iqtisadi problemlərin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, rəqabətədavamlı sənaye məhsullarının istehsalına yönəlib.

Əminliklə demək olar ki, son illər sənayeləşmənin şaxələndirilməsi ilə bağlı siyasətin daha da gücləndirilməsi ağır sənayenin bazasının möhkəmlənməsinə, böyük sənaye şəbəkəsinin formalaşmasına səbəb olub. Azərbaycan bu sahənin ən qabaqcıl və yeni sahələri üzrə layihələrin icrasına başlayıb, modern innovasiyaların tətbiqini genişləndirib.

Həmin müəssisələrdən biri də müxtəlif çeşidli növlü poladların, yeni texnologiyaların tətbiqi ilə korroziyaya davamlı, dənizdə, quruda, inşaatda, qaz və su boru xətlərində istifadə edilən polad boru və müxtəlif ölçülü profillər istehsal edən “Bakı İnşaat Sənaye” ASC-dir.

Müəssisə ilə ilk tanışlıq bir jurnalist kimi məndə böyük təəssürat yaratdı. Burada hər şey insanların rifahı naminə düşünülüb. Ərazidə yaradılmış səliqə-sahman göz oxşayırdı. Paytaxtın Keşlə qəsəbəsində yerləşən müəssisədə 200-dən artıq işçi çalışır. ASC-nin idarə heyətinin sədri Ramiz Əhmədovla söhbətimiz də rəhbərlik etdiyi qurumun fəaliyyəti barədədir.

Ramiz Əhmədov bildirdi ki, “Bakı İnşaat Sənaye” ASC-nin yaradılmasında məqsəd ölkəmizdə ağır metallurgiya sahəsində müxtəlif ölçüdə şveller, künclük, kvadrat və zolaqlar, boru-profil hazırlanması, ölkə bazarında böyük tələbat olan metal məmulatlarının istehsalı, həmçinin yeni iş yerlərinin açılması ilə gənclərimizin və yüksək ixtisaslı kadrların işlə təmin olunmasıdır. Müəssisədə metal məmulatlarının istehsalı müasir avadanlıqlarla və keyfiyyətli xammaldan istifadə etməklə həyata keçirilir. Bu isə məhsulların uzunömürlülüyünə, kənar təsirlərə qarşı davamlı olmasına imkan verir.

“Bazar iqtisadiyyatında azad rəqabətə girmək üçün bizim gücümüz və potensialımız kifayət qədərdir. Səhmdar cəmiyyəti xaricə yüksək keyfiyyətli və ucuz mal çıxarmaqla hazırda Gürcüstan bazarında liderlik mövqeyinə malikdir. Həmin bazarda Rusiya, Ukrayna və Ermənistanın analoji məhsulları müəssisəmizin məhsulları ilə rəqabət apara bilmir”, - deyən R.Əhmədov vurğuladı ki, daha keyfiyyətli məhsullar ixrac etmək üçün xaricdən müasir avadanlıqlar gətirmək günün tələbidir. İnnovativ texnologiyaların alınması isə yüksək keyfiyyətli və rəqabətə davamlı polad məhsulların istehsalına imkan verəcək.

Rəhbərlik etdiyi qurumun yaxın 3-4 ildə Rusiya Federasiyasından idxal olunan məhsullardan asılılığının daha da azalacağını söyləyən idarə heyətinin sədri müəssisənin məhsullarının qonşu ölkələrə də ixrac ediləcəyini bildirdi. Onu da qeyd etdi ki, səhmdar cəmiyyəti metallurgiya sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır.

O, daxili bazarda da müəssisənin məhsullarının xüsusi çəkisi olduğunu söyləyərək əlavə etdi ki, gələcəkdə yeni istehsal sahələri açmaq, iş yerlərinin sayını artırmaqla dövlət büdcəsinə daha çox vəsait ödəniləcək, bununla da respublikaya daha çox valyuta gələcək: “Müəssisənin xaricə 500 ton məhsul satması 250 min dollar valyuta deməkdir. Bizim metal məmulatlarımıza Gürcüstanda və İranda böyük tələbat var. Çünki həm keyfiyyətli, həm də digər ölkələrlə müqayisədə ucuzdur. Bundan əlavə, Rusiya və Ukraynadan mallar 40-50 günə gəlirsə, müəssisə malları 3-5 günə yerinə çatdırır...”.

Ramiz Əhmədovun sözlərinə görə, bu amillər müəssisənin xarici bazarda rəqabətə davamlılığını artırmaqla, onun imicinin yüksəlməsində əhəmiyyətli rol oynayır.

Söhbətimizi müəssisənin istehsal sahəsində davam etdirməyi qərara aldıq.

Sahədə, sözün əsl mənasında, qızğın iş gedirdi. Burada təhlükəsizlik qaydalarına ciddi riayət olunması elə ilk andan diqqətimi cəlb etdi. Xüsusi geyimlə təchiz olunan fəhlələr gündəlik olaraq təhlükəsizlik texnikası ilə bağlı təlimatlandırıldıqdan sonra işə buraxılırlar.

İş prosesi ilə tanış olduqdan sonra Ramiz Əhmədov dedi ki, ASC metal tökümünün fasiləsiz aparılması üçün xaricdən, əsas etibarilə Çindən və Türkiyədən qurğu və avadanlıqlar sifariş verib. Çünki Çin və Türkiyə ağır metallurgiya sahəsində dünyada öndə gedən ölkələrdən sayılır. Qurğu və avadanlıqların bir hissəsi sifariş əsasında Türkiyədə hazırlanır. Metal tullantılarını isə müəssisə fiziki şəxslərdən alır. Xarici avadanlıqların qurulması nəticəsində ərinmiş metaldan fasiləsiz olaraq istənilən ölçüdə standart pəstahlar istehsal ediləcək.

ASC sədrinin dediyinə görə, sözügedən avadanlıqların rentabelliyi böyükdür: “Tikinti, neft-qaz, müdafiə sənayesi sahəsində neft avadanlığı, yüksək təzyiqli armaturlar istehsal edən fasonlu tökmə sahəsi isə təqribən 5-6 aya fəaliyyət göstərəcək. Türkiyə və Çin şirkətlərinin mütəxəssisləri müəssisəyə gələrək məhsullarımızla tanış olub və fəaliyyətimizi yüksək dəyərləndirib. Daha sonra birgə əməkdaşlıqla bağlı müqavilələr imzalamışıq”.

Bütün quruculuq işlərinin yerli və peşəkar mütəxəssislərin köməyi ilə görüldüyünü diqqətə çatdıran R.Əhmədov onların işindən razı qaldığını da gizlətmədi.

ASC-nin müasir laboratoriyası istənilən metalın tərkibini analiz edərək, onun içərisindəki kimyəvi maddələrin miqdarını göstərir. Buraxılan məhsulların kimyəvi tərkibinə ciddi nəzarət olunur və metalda hansısa maddələr çatışmadığı halda əlavələr edilərək lazım olan tərkib alınır. İsveçrə istehsalı olan laboratoriya avadanlığının qiyməti 125 min dollardır.

Bu barədə isə laboratoriyanın rəhbəri məlumat verdi.

İndiki dövrdə tərkibi beynəlxalq standartlara uyğun gəlməyən keyfiyyətsiz məhsulların heç bir şirkət tərəfindən qəbul olunmadığını deyən həmsöhbətim xarici tərəfdaşlar tərəfindən də metal məhsulları ciddi şəkildə yoxlanıldıqdan sonra müqavilə bağlandığını nəzərə çatdırdı.

Odur ki, ASC-nin həm xarici tərəfdaşları, həm də yerli müəssisələr burada istehsal olunan dəmir məmulatların yüksək keyfiyyətinə əmindir və bu da öz növbəsində mövcud olan işgüzar əlaqələrin daha da möhkəmlənməsini, onların coğrafiyasının genişləndirilməsini şərtləndirir.

Daha bir maraqlı məlumatı oxucuların nəzərinə çatdıraq ki, hazırda müəssisənin mövcud istehsal sahələrinin genişləndirilməsi, yeni, müasir avadanlıqların gətirilməsi ilə bağlı biznes plan hazırlanaraq müvafiq qaydada baxılması üçün İqtisadiyyat Nazirliyinə təqdim edilib.

Biznes plana görə, “Bakı İnşaat Sənaye” ASC tərəfindən metal məmulatlarının istehsalı sahəsinin yaradılması layihəsi gündəmdədir. Bu çərçivədə neft maşınqayırması sahəsində istifadə olunan siyirtmə və armaturların, o cümlədən müxtəlif texnoloji avadanlıqların və onların hissələrinin, dəmir yolu yükdaşımalarının nəqliyyat hissələrinin, metallurgiya sənayesində prokat valların, su və kanalizasiya qapaqlarının tökmə yolu ilə hazırlanması həyata keçiriləcək.

Həmçinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 yanvar tarixli Fərmanına əsasən, sahibkarlar üçün yaradılan güzəştləri nəzərə alaraq “Bakı İnşaat Sənaye” ASC ölkədə metallurgiya məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə investisiya fəaliyyətinə başlamaq niyyətindədir. Bu istiqamətdə artıq bir sıra işlər də görülüb.

İnvestisiya layihəsinin ümumi dəyəri 5 milyon 600 min manat təşkil edir ki, bu işlərin 7 il ərzində reallaşdırılması nəzərdə tutulub. Dövlət başçısının daha bir Fərmanına əsasən, investisiyanın həyata keçiriləcəyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ müəyyənləşdirilib. Həmin məbləğ 5 milyon manat təşkil edir.

İnvestisiya layihəsi çərçivəsində ASC tərəfindən fasiləsiz pəstah tökmə sahəsi yaradılacaq ki, onun da illik əritmə gücü 60 min tona çatacaq. Eyni zamanda, metal məmulatları istehsalı sahəsinin yaradılması layihəsi çərçivəsində 170 işçinin çalışması nəzərdə tutulur.

Bir sözlə, yeni investisiya layihəsi iş yerlərinin yaradılmasında və məşğulluğun artırılmasında “Bakı İnşaat Sənaye” ASC-nin ölkə iqtisadiyyatına verəcəyi mühüm töhfələrdən biridir.

Söhbət zamanı müəssisə rəhbəri qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə ölkəmizin bütün bölgələrində müasir məktəblər, digər obyektlər tikilir. Sözügedən binaların, müxtəlif təyinatlı obyektlərin tikintisində “Bakı İnşaat Sənaye” ASC-nin də istehsalı olan dəmir profillərdən, şvellerlərdən və digər məmulatlardan istifadə olunur.

Müəssisədə işçilər üçün müasir yeməkxana da fəaliyyət göstərir. Nahar fasiləsində əməkdaşlar hər gün pulsuz olaraq müxtəlif çeşidli təzə yemək, meyvə və tərəvəzlərlə təmin olunurlar. ASC rəhbərliyinin “İşçilər yaxşı qidalanmaqla yanaşı, gözəl də istirahət etməlidirlər” devizi burada çalışan hər bir insanı daha yaxşı işləməyə sövq edir.

ASC-nin idarə heyətinin sədri sonda vurğuladı ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Son illər ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların xeyli liberallaşdırılması, ölkədə bəzi məhsullara ixrac rüsumlarının ləğv edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması bu dəstəyin bariz nümunəsidir.

Belə ki, 2016-cı il aprelin 20-də dövlət başçısının müvafiq Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq olunub. Həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, investisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək