ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanası Elmi şurasının növbəti iclası
Bakı, 19 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi şuranın növbəti iclası olub.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
İclasda rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Sonra rəsədxanada fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu haqqında aidiyyəti şəxslərin çıxışları dinlənilib. Ümumi müzakirədən sonra qəbul planının icrası ilə bağlı müvafiq qərar qəbul olunub.
“Heydər Əliyev İli" ilə əlaqədar tədbirlər planı çərçivəsində təşkil olunacaq yeni təşəbbüslər barədə müzakirə aparılıb. Cari ilin ikinci rübündə keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkili üçün təkliflər səsləndirilib və qərar qəbul edilib.