ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, astroseminarda şöbə müdiri Kamal Hüseynovun “Böyük partlayış: hissəciklər və qüvvələr” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi qeyd edib ki, Kainat təxminən 13,8 milyard il öncə hər hansı bir sinqulyar vəziyyətdən yaranmış və o zamandan fasiləsiz olaraq genişlənir və soyuyur. Genişlənmə və soyuma nəticəsində Kainatda mayenin qazdan əmələgəlməsinə analoji olan, lakin elementar hissəciklərə tətbiq edilən faza keçidləri baş verib. Böyük partlayışdan sonra 10-43 saniyə qədər zaman periodunda Kainatın sinqulyarlıqdan yaranması prosesi baş verib. Belə hesab olunur ki, həmin zaman Kainatın temperaturu və sıxlığı Plank qiymətlərinə yaxın olub.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.