REGİONLAR
Şamaxıda 55 min 916 nəfər kütləvi tibbi müayinədən keçib VİDEO
Şamaxı, 13 aprel, Adil Ağayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da əhalinin kütləvi pulsuz tibbi müayinəsi davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, sakinlərin tibbi müayinəsi bu məqsədlə yaradılan xüsusi komissiyanın nəzarəti altında irəlicədən tərtib olunan qrafik əsasında aparılır. İndiyədək 55 min 916 nəfər müayinədən keçib. 17 yaşayış məntəqəsində, 74 idarə və müəssisədə bu iş tam başa çatdırılıb.
Qeyd edək ki, tibbi yoxlamadan keçənlərin 5210 nəfəri ambulator, 100 nəfəri stasionar müalicəyə cəlb edilib. Əlavə müayinə və müalicə üçün 157 nəfər Bakı şəhərinə göndərilib.
Hazırda əhalinin qalan hissəsinin müayinəsi qrafik üzrə davam etdirilir. Səyyar briqadalar vasitəsilə əlil və ahıl insanların dispanserizasiyası evlərdə aparılır.