REGİONLAR
Şamaxıda dörd ailəyə məxsus 5 otaqlı ev yanıb
Şamaxı, 17 iyul, AZƏRTAC
İyulun 16-da axşam saat 18 radələrində Şamaxıda dörd ailəyə məxsus 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şamaxının Aşıq Məmmədağa küçəsində Əhmədov Çilləxan Şirməmməd oğluna və üç oğluna məxsus fərdi evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şamaxı yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisənin ilkin olaraq elektrik qısaqapanmasından baş verdiyi ehtimal olunur. Otaqların birində açıq halda 8 ton ot olduğu da bildirilir. Bu da evin əşyaları ilə birlikdə tamamilə yanıb külə dönməsinə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:18]
Laçında müntəzəm marşrut xəttləri açılıb - EKSKLÜZİV
- 06.05.2024 [17:56]
“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir
- 06.05.2024 [15:54]
Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi
- 06.05.2024 [15:39]
Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]
Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək
- 05.05.2024 [23:10]