REGİONLAR
Şamaxıda taxıl səpini sürətlə davam edir
Şamaxı, 11 noyabr, AZƏRTAC
Şamaxı rayonunda payızlıq taxıl səpini sürətlə davam edir və artıq 20353 hektar sahədə əkin aparılıb.
Rayon Dövlət Aqrar Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son vaxtlar hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq bir sıra ərazilərdə, o cümlədən şimal dağlıq zona olan Talışnuru, Ərçiman, Çuxuryurd və digər bir sıra icra nümayəndəliklərində əkin yekunlaşıb.
Cari mövsümdə rayonda 41000 hektar sahədə payızlıq taxıl əkiləcəyi proqnozlaşdırılır. Hazırda hər gün sahələrə 150-dən çox texnika çıxarılır. Fermerlər və fiziki şəxslər səpinin tezliklə və aqrotexniki qaydalara uyğun başa çatdırılması üçün bütün qüvvələri səfərbər ediblər.
Əkində yüksək reproduksiyalı və sertifikatlı toxumlardan istifadə olunur. Toxumlar xəstəlik və zərərvericilərə qarşı dərmanlanır, səpinlə birlikdə sahələrə mineral gübrə verilir.