İQTİSADİYYAT
Saxlama müddəti ötmüş 460 kiloqram ərzaq məhsulu satışdan çıxarılmışdır
Bakı, 4 iyun (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nəsimi rayonunda Namiq Hüseynova, Nazim Abdullayevə, Vaqif Ağayevə, Emin Babayevə, Nizami rayonunda Rahilə Məhərrəmovaya, Xətai rayonunda Zavir Yusifova, İqbal Nəsibova, Emil İsdamova, Təvəkkül Cəlilova məxsus mağazalarda, "Nübar market"də, "Real market"də, "Bolluq market"də, Sabunçu rayonunda "Əlincə market"də, Yasamal rayonunda Ağaverdi Əsgərova, Hökmulla Əkbərova, Ramin Abdullayevə, Səbail rayonunda Elnarə Cabbarovaya, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Nərminə İsayevaya, Nəriman İsmayılova, Zamiq Məmmədova, Güloğlan Həsənova məxsus mağazalarda, "Orxan market"də, Şəki şəhərində Gülnarə Məmmədovaya, Gəncə şəhərində Rasim Novruzova, Ağdam rayonunda Şamil Hüseynova, Ağdaş rayonunda İlyas Alıyev, Şahin Hacıyevə, Beyləqan rayonunda Əlövsət Nərimanova və Rövşən Nuriyevə məxsus mağazalarda ümumi çəkisi 460 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.