CƏMİYYƏT
Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə götürülüb
Bakı, 22 iyun, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən 1 kiloqram 102 qrama yaxın çəkisi olan heroin götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü və 4-cü polis bölmələri əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri tədbirlərlə saxlanılan H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus Hümmətovdan 430 qram, şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Əliyevdən isə 485 qram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.