İQTİSADİYYAT
“Sazz 4G İnternet” şirkəti Novruz bayramı kampaniyasına başlamışdır
Bakı, 15 mart (AZƏRTAC). “Sazz 4G İnternet” şirkəti martın 15-dən Novruz bayramı kampaniyasına başlamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, sərfəli bayram paketlərindən faydalanan müştərilər çox əlverişli şərtlərlə həm “Sazz” abunəçisi ola biləcək, həm də modemləri daha sərfəli qiymətlərlə əldə edəcəklər. “Sazz 4G İnternet”in yeni Novruz bayramı kampaniyası dörd sərfəli paketdən ibarətdir.
Qiyməti 50 manat olan birinci paketə ikiaylıq abunə haqqı və “AX326 USB” modemi daxildir. İkiaylıq abunə haqqını ödəyən yeni müştərilər USB modemi pulsuz əldə edəcəklər.
İkinci bayram paketi internetə stasionar modemlə qoşulmağa üstünlük verənlər üçün nəzərdə tutulmuşdur. Qiyməti 146 manat təşkil edən bu paketə iki aylıq abunə haqqı və 20 faiz endirimlə “IX 380” stasionar “WiMax Wi-Fi” mərkəzi daxildir. Bayram endirimlərinə “Wimaxion” markalı universal portativ modem də daxildir. Bu modem Novruz bayramı münasibətilə “Sazz 4G İnternet” müştərilərinə 20 faizlik endirimlə təqdim olunacaqdır. Daha əvvəl tətbiq olunan və müştərilərin böyük rəğbətini qazanan “4 aylıq abunə haqqını ödə, 5 aylıq internet əldə et” paketi Novruz günləri ərzində yenidən bərpa olunacaqdır. Həmin paketdən faydalanan müştərilər 5 ay ərzində genişzolaqlı limitsiz interneti ayda cəmi 20 manata əldə etmiş olacaqlar.
Martın 30-dək davam edəcək kampaniya şirkətin Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdalan şəhərlərindəki bütün “Sazz 4G” satış nöqtələrində keçiriləcəkdir.