İQTİSADİYYAT
“Schneider Electric” şirkəti Azərbaycanda neft və qaz sənayesinin əməliyyat tələblərini qarşılamaq üçün rəqəmsal texnologiyalar təklif edir
Bakı, 27 aprel (AZƏRTAC). “Schneider Electric” şirkəti Azərbaycanda neft və qaz sənayesinin əməliyyat tələblərini qarşılamaq üçün rəqəmsal texnologiyalar təklif edir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, enerji idarəetməsi üzrə ixtisaslaşmış dünya miqyaslı şirkət olan “Schneider Electric” Azərbaycanda boru xətti idarəetməsi sistemləri, elektrik yarımstansiyaları, idarəetmə və nəzarət sistemləri, birləşdirilmiş təhlükəsizlik sistemləri, daimi hasilat nəzarəti və idarəetməsi sistemləri kimi hərtərəfli texnologiyaları tətbiq etməyə hazırdır. Bu texnologiyaların tətbiqi daha təhlükəsiz, daha səmərəli və ekoloji cəhətdən daha zərərsiz neft-qaz əməliyyatlarının həyata keçirilməsinə kömək edəcəkdir.
Enerji idarəetməsi üzrə hərtərəfli mütəxəssis qismində 100-dən çox ölkədə fəaliyyət göstərməklə “Schneider Electric” şirkəti çoxsaylı bazar seqmentləri üçün birləşdirilmiş həll variantları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri və yaşayış binaları üzrə liderlik mövqelərini təklif edir.
Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəltməklə, bu şirkətlər qrupu və onun işçiləri fiziki və hüquqi şəxslərin öz enerjilərini ən səmərəli şəkildə istifadə etmələrinə kömək etmək əzmini fəal surətdə nümayiş etdirməklə 2013-cü ildə 24 milyard Avro məbləğində satış həcminə nail olmuşlar.