Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səadət Qədirova: Arzum budur ki, Azərbaycan inkişaf etsin və mütərəqqi dünya ictimaiyyətinin ayrılmaz hissəsi olsun

Səadət Qədirova: Arzum budur ki, Azərbaycan inkişaf etsin və mütərəqqi dünya ictimaiyyətinin ayrılmaz hissəsi olsun

Moskva, 27 iyun, AZƏRTAC

Səadət Qədirova beynəlxalq jurnalist, politoloq, beynəlxalq münasibətlər, geopolitika və ictimaiyyətlə iş üzrə ekspertdir. Onun çoxsaylı məqalələri və eksklüziv müsahibələri var, Rusiya və beynəlxalq jurnalistlər ittifaqlarının, RF Dövlət Dumasının Millətlərin İşi Komitəsinin ekspertlər şurasının və Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş qrupun üzvüdür. O, həmçinin TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəridir. Səadət Qədirova AZƏRTAC-a müsahibəsində özünün “kadyrova.online” YouTube kanalında “Arzular gerçəkləşir” adlı yeni layihəsi haqqında danışıb.

- Səadət, siz YouTube kanalında “Arzular gerçəkləşir” layihəsini yaratmağa necə qərar verdiniz?

-Qızım anadan olduqdan sonra mən natamam ailələrdə doğulan, yaxud uşaqlıqdan xəstəxanalarda olan azyaşlılar haqqında tez-tez düşünürdüm. Bununla bağlı nə edəcəyim barədə fikirləşirdim. Mən jurnalistəm və karyeram boyu maraqlı insanlardan çoxlu müsahibələr almışam. Uzağa getmək lazım deyil, mənim ilk müsahibəmin əfsanəvi Müslüm Maqomayevlə olduğunu söyləmək kifayətdir. Bu, çoxdan olsa da, mən hələ də həmin müsahibəni məmnunluqla xatırlayıram. Mən düşündüm, tanınmış insanlar və hakimiyyət nümayəndələrindən müsahibə almaqla yanaşı, onların uşaqlara hədiyyələr bəxş etməsinə nail olmaq olarmı? Bu ideya xoşuma gəldi və həmin istiqamətdə fəaliyyətə başladım.

-Öz həmsöhbətlərinizi necə seçirsiniz?

-Hər şeydən əvvəl həmin insan maraqlı şəxsiyyət olmalıdır. Mənim xoşuma gəlib-gəlməməsindən asılı olmayaraq çalışıram ki, şəxsi təəssüratımı arxa planda qoyaraq həmsöhbətimin miqyasını qiymətləndirim. Əgər qonaq mənim üçün maraq kəsb edirsə, onda danışıqlara başlayıram.

Ümumiyyətlə, hesab edirəm ki, jurnalistikada şəxsi mülahizələr arxa planda olmalıdır. Lakin müəllif layihəsi olduğu üçün mən istədiyim insanı dəvət edə və arzuladığım sualı verə bilərəm.

Layihəyə bu yaxınlarda start vermişəm. Lakin artıq 10 nəfərdən çox qonağım olub və onlardan hər biri çox maraqlı və geniş dünyagörüşünə malik insanlardır.

-Qəhrəmanlarınız haqqında danışardınız. Sizi ən çox təəccübləndirən kim olub?

-Gəlin sıra üzrə, çəkilişlərin əvvəlindən başlayaq. Emin mənim ikinci qonağım olub. O, bizim qəlbimizi həm xeyirxahlığı ilə fəth etdi, həm də uşağın arzusu olan kağızı qutudan çıxardığında onu çevirərək dedi: “Gəl sənin bütün arzularını yerinə yetirim!” Bu, çox gözlənilməz və xoş oldu. Mariya Zaxarova bütün suallara səmimi cavab verdi və onların heç birindən yayınmadı. Ümumiyyətlə deyim ki, Maşa yenilikçidir və stereotipləri dağıtmağı çox sevir. Onun haqqında sərt ledi imicinin formalaşmasına baxmayaraq, Maşa çox mədəni, tərbiyəli və yumşaq insandır. O, Bakı haqqında çox danışdı və Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Sonra Mixail Qusman gəlir. O, iyulun əvvəlində mənim proqramıma gələcək və mənim üçün ən gözlənilməz qonaq olacaq.

-Nə üçün?

-Çünki o, bizim peşəmizdə ən tanınmış və təcrübəli insanlardan biridir. Qusman prezidentlərdən 400-dən çox müsahibə alıb. Bu isə sadəcə oturub söhbət etmək deyil. Müsahibənin arxasında böyük əmək durur. Müsahibə alındı, Mixail Solomonoviç xarici görkəmi etibarilə sərt adama bənzəsə də, çox xeyirxah və səmimidir. Oğlan uşağının sirkə getmək arzusu ilə bağlı kağızı qutudan çıxardıqdan sonra onun özünün uşaqlıqda atası ilə birlikdə Bakı sirkinə getməsini xatırlaması məndə böyük təəssürat yaratdı. Bu oğlan uşaq serebral iflicindən əziyyət çəkirdi və danışa bilmirdi, anası bildirdi ki, sirk onda təkrarolunmaz emosiyalar yaradır. Mən çox şadam ki, biz həmin uşağı sevindirə bildik.

-Tanınmış azərbaycanlılardan kimi dəvət etmək istərdiniz?

-Mən artıq Emin Ağalarovun adını çəkdim. Ondan sonra Yusif Eyvazovu dəvət etmişəm. O da, qutunu çevirdi və oradaca uşağın bütün arzularını yerinə yetirdi. Elşən Məmmədov, Əddis Hacıyev və Çingiz Mustafayevi də qeyd etmək istərdim. Mənim məqsədim layihəni daha qlobal və maraqlı etməkdir. Qonaqların arasında sadəcə Rusiyada yaşayan azərbaycanlıların deyil, bütün MDB ölkələrindən insanların olmasını istəyirəm. Qısa desək, rus dilini bilən hər kəs bizim auditoriyamızdır.

-Siz Rusiyanın aparıcı informasiya agentliyi olan TASS-da işləyirsiniz, gözəl ailəniz, qızınız var. Bütün bunlara yetərincə vaxt ayıra bilirsiniz?

-Vaxtı idarə etmək çox mühümdür. İş nə qədər çox olsa da, mən hamısının öhdəsindən artıqlaması ilə gəlirəm. Qızım anadan olduqdan sonra yeni bir həyata başladım, fəaliyyətimi başqa cür qurdum. Vaxt azlığı həmişə olur. Lakin onu düzgün bölməsən, heç nəyə nail ola bilməzsən.

-Sizin layihənizin gələcək formatı necə olacaq?

-Format dəyişməyəcək, yalnız ssenariləri yeniləyəcəyik. Əddis ilə proqramda biz bunu etdik. Video formatında kulinar layihələr çox yaxşı baxılır, onlar dinamikdir və mənə elə gəldi ki, quruluşçu rəssam özünün kulinar verilişində təkcə danışmağı deyil, həm də yemək hazırlamağı bacarmalıdır. Bu, çox gözəl alındı. Həm də biz Azərbaycan yeməkləri hazırladıq, Çingizlə birlikdə mahnı ifa etdik, tanınmış insanlarla söhbət etməklə yanaşı, həm də birlikdə oxuduq. Lakin siz hələ bütün bunları görəcəksiniz.

-“Arzular gerçəkləşir” layihəsinin müəllifinin ən böyük arzusu nədir?

-Mən bu sualı hər dəfə öz qonaqlarıma verirəm və onların hamısı ona cavab verməkdə çətinlik çəkir. Mən onları yaxşı başa düşürəm, uşaq olduğumuz zaman arzularımızın həyata keçməsi tamamilə realdır. Məsələn, qutuda uşaqların arzuları əsasən oyuncaqlar və əyləncə ilə bağlı olur. Böyüdüyümüzdə isə real şəkildə düşünməyə, dünyaya real baxmağa və özümüz üçün arzuladığımız bir çox şeyləri təxirə salmağa başlayırıq.

Mənim iki qlobal arzum var. Pafoslu səslənsə də, birincisi mənim tarixi vətənimlə bağlıdır. Arzum budur ki, Azərbaycan inkişaf etsin və mütərəqqi dünya ictimaiyyətinin ayrılmaz hissəsi olsun. İkincisi isə, şəxsi arzumdur. Yaxınlarımın və doğmalarımın mənimlə birlikdə sağlam və xoşbəxt olmasını istəyirəm.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir