RƏSMİ XRONİKA
Səfər başa çatdı
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri başa çatmışdır.
Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın “Stara Ruzine” Hökumət Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.