CƏMİYYƏT
Səfir Auqusto Massari: Bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır VİDEO
Bakı, 6 dekabr, AZƏRTAC
Bir gündə 650 min ağacın əkilməsi yaşıllıqların artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının intensiv udulmasına müsbət təsir göstərəcək.
Bunu AZƏRTAC-a müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
O bildirib ki, bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır.
“Ekoloji balansın pozulması dünyanı narahat edən bir məsələdir. Bu problemin aradan qaldırılması istiqamətində hər bir insan öz qüvvəsini sərf etməlidir. Odur ki, ekoloji problemlərin həlli istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü təqdirəlayiqdir”, - deyə səfir Auqusto Massari qeyd edib.