SƏHİYYƏ İŞÇİLƏRİNİN ƏMƏK HAQLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədi ilə qərara alıram:
1.Dövlət büdcəsindən maliyyələşən səhiyyə müəssisələrində çalışan bütün kateqoriyalara aid olan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2003-cü ilin iyul ayının 1-dən 50 faiz artırılsın.
2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2003-cü il.