Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sehrli fırça, sirli rənglər VİDEO

Bu gün Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100-cü ildönümü tamam olur

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan təsviri sənət tarixində elə şəxslər olub ki, onlar hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı professor Mikayıl Abdullayevin yaradıcılığı bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycan, onun gözəllikləri idi. Rəssamın dilindən söylənən “Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram”, - fikirləri də bunu təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu gün Mikayıl Abdullayevin andan olmasının 100-cü ildönümü tamam olur.

Prezident İlham Əliyev 2021-ci il sentyabrın 10-da Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən ölkəmizdə sənətkarın əsərləri əsasında sərgilər açılır, tədbirlər keçirilir.

Görkəmli sənətkar əlinə fırça aldığı gündən könlünü rənglər aləminə əbədi məhəbbətlə bağladı. Gözlərinin seçdiyi, əllərinin isitdiyi mövzuları kətan üzərində elə ustalıqla işlədi ki, istedadlı rəssam üçün quruluş, zaman anlayışı olmadı. Əslində, yaradıcılığının qızıl dövrü sovet hakimiyyətinin hökm sürdüyü illərə təsadüf etdi. Amma elə əsərlər yaratdı ki, diktələrə boyun əymədi, vaxtdan yuxarıda dayandı. Fırçasından süzülən sənət inciləri əbədiyaşarlıq qazandı. Təbii ki, bütün rəssamlar fırça və rənglərlə işləyirlər. Mütəxəssislər söyləyirlər ki, fırça da, rənglər də Mikayılın əlində sanki sehrlənirdi. Sehrli fırça, sirli rənglər!

Mikayıl Abdullayev sərhədlərin bağlı olduğu, müstəqilliyin buxovlandığı şəraitdə daxilən azad, milli ruhlu, bəşəri fikirli, həssas, olduqca duyumlu, vətənpərvər, uzaqgörən bir sənətkar idi. Onun rənglər aləminə gətirdiyi mövzular həmişə aktual, çəkdiyi mənzərələr qəlbə xoş təsir bağışlayan, tablo həyatı verdiyi obrazlar rəngarəng idi. Rəssam təsviri sənətin bütün sahələrində - dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. elə əsərlər yaradıb ki, bütün zamanlarda baxımlı və maraqlıdır. Onun əsərlərinə sakit ürəklə baxıb keçmək olmur. Hər bir ştrixi, xətti, rəngi düşündürücüdür.

Bakıda 1921-ci ilin dekabr ayında fəhlə ailəsində anadan olan Mikayıl Abdullayev əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində oxuyub, sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Bu ali məktəbi vaxtında bitirə bilməyən Mikayıl Abdullayev İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq saxlayıb. O illərdə yaradıcılığının istiqamətini tamamilə dəyişib. Mikayıl Abdullayev də haqsızlığa qarşı fırçası ilə döyüşürdü. Alman faşizmini tənqid edən, sovet əsgərlərinin qələbə əzmini göstərən plakatları bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirdi. Müharibədən sonra Moskvada ali təhsil alan M.Abdullayev burada dünyaşöhrətli rəssamlardan - İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov və başqa görkəmli fırça ustalarından dərs alıb. 1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgisində “Axşam” əsəri ilə iştirak edib. Bu əsər gənc rəssama böyük uğur və tamaşaçı marağı gətirib. Beləliklə, 26 yaşlı Mikayılın sənət qələbələri bir-birini əvəz etməyə başlayıb. Rəssamın şöhrətinə yeni çalarlar gətirən “Mingəçevir işıqları” əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənib. Elə ilk fərdi sərgisi də Moskvada keçirilib. O, doğma Bakıya qayıdanda artıq tanınan, sevilən məşhur rəssamlardan biri idi. Yaradıcılığı getdikcə daha da püxtələşirdi. Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır. Ənənəvi mövzularda maraqlı rəsmlər yaradan fırça ustası həmişə aldadıcı effektlərdən, süni mövzulardan, bir sözlə, şişirtmədən qaçıb. O, həyatı da, insanları da gördüyü və duyduğu kimi kətan üzərində əks etdirirdi. Bu səbəbdən də onun bütün əsərlərində ifadəlilik hökm sürüb.

Mikayıl Abdullayevin qəhrəmanları çox olub. Xatirələrində də bu barədə söz açılır, amma onun yaddaşında dərin iz salan böyük bəstəkar Üzeyir Hacıbəyli ilə olan görüşləridir. Teatr muzeyinin yaradılması ilə əlaqədar ekspozisiyada Üzeyir Hacıbəylinin də portreti olmalı idi. Bu şərəfli işi Mikayıl Abdullayevə tapşırıblar. O vaxta kimi Üzeyir bəy heç bir rəssama razılıq verməyib ki, onun portretini çəksin. Mikayıl Abdullayevə olan rəğbətinə görə gənc rəssamın arzusunu rədd etmədi. Beləliklə, bu xoşbəxtlik Mikayıl Abdullayevə qismət oldu ki, üç dəfə Üzeyir Hacıbəylinin portretini naturadan çəkdi.

Sonralar qələmə aldığı “Unudulmaz obraz” adlı məqaləsində Mikayıl Abdullayev yazırdı: “Üzeyirlə görüşdüyüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir... Üzeyirin mənə bağışladığı fotonu göz bəbəyi kimi qoruyuram. Onun portretini işlədiyim günlərdə tənəffüsarası müğənni və solistlər tez-tez Üzeyir müəllimin yanına məsləhətə gələrdilər. Fikrət Əmirovu, Niyazini, Soltan Hacıbəyovu, Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Hacı Xanməmmədovu mən ilk dəfə Üzeyir müəllimin yanında görmüşdüm. Böyük bəstəkarımız öz tələbələrinə ata məhəbbəti ilə yanaşır, diqqətlə dinləyir və onlara qayğıkeşlik göstərirdi. Gənc bəstəkar xanımları - Ağabacını, Ədiləni, Şəfiqəni doğma qızları kimi sevirdi".

Fırça ustasının yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tuturdu. Müxtəlif illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrə etdiyi səfərlərdən sonra bütün təəssüratlarını kətan üzərinə köçürürdü. Onun bu rəsmlər silsiləsində “Benqal qızları”, “Racəstan qadınları”, “Qoşa əfqan”, “C.Mansu” kimi əsərləri milli və fərdi xarakteristikası, plastikası, kolorit zənginliyi ilə seçilirdi. Əsasən tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər qalereyası da yaradıb. “Ü.Hacıbəyli”, “Səməd Vurğun”, “M.F.Axundzadə”, “M.F.Vaqif”, “İmadəddin Nəsimi”, “Pianoçu F.Bədəlbəyli”, “Yunis Əmrə” və s. portretlərində rəssam təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz etməyi, onların iç dünyasını açmağı ustalıqla bacarıb.

Mikayıl Abdullayev həm də bir sıra kitablara çəkdiyi illüstrasiyaların müəllifi kimi tanınıb. Azərbaycan rəssamları arasında ikinci bir fırça ustası tapılmaz ki, o, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olsun. Dahi Nizamidən başlayaraq ömrünün sonuna kimi tanıdığı yazıçı və nasirlərə qədər bir çox sənətkarların həm portretlərini yaradıb, həm də onların əsərlərinə illüstrasiyalar çəkib. “Kitabi-Dədə Qorqud” dastanına, Nizaminin “Xəmsə”sinə, Füzulinin “Leyli və Məcnun” poemasına, Mirzə İbrahimovun “Gələcək gün”, Süleyman Rəhimovun “Şamo” romanlarına və s. verdiyi bədii tərtibat, işlədiyi rəsmlər həm əsərlərin mövzusuna uyğunluğu, həm də orijinallığı ilə fərqlənirdi.

Hələ sovet dövründə azərbaycanlı rəssamın əsərləri dünyanın Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və başqa böyük şəhərlərində nümayiş edilib. Hətta Almaniyanın Berlin və Leypsiq şəhərlərində azərbaycanlı rəssamın fərdi sərgisi də keçirilib. Mikayıl Abdullayev Avropa rəssamlarının dəyər verdiyi, qiymətləndirdiyi və bütün əsərlərini heyrətlə qarşıladığı dahi sənətkar idi.

Onun təsviri sənətin inkişafında göstərdiyi xidmətlər, çəkdiyi cəfalar, gecə-gündüz apardığı axtarışlar, qatlaşdığı zəhmət hədər getmədi. Müxtəlif fəxri adlara, təltiflərə layiq görüldü. SSRİ Xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, Azərbaycanın İncəsənət xadimi professor Mikayıl Abdullayev doğma vətəni də qarış-qarış gəzməyi çox sevərdi. Onun cənub bölgəsinə olan səfərindən yadigar qalan əsərləri bu gün də rəng çalarının əlvanlığı ilə diqqət çəkir. “Masallı süitası”, “Balaca çoban”, “Məktəbli qızlar” və s. tabloları o qədər maraqlı və baxımlı idi ki, onlardan biri - “Sevinc” lövhəsi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya sərgisində gümüş medala layiq görülüb.

O dövrdə azərbaycanlı rəssamın yurdumuzun bir bölgəsi ilə əlaqədar işlədiyi rəsmin dünya arenasına çıxarılması böyük hadisə idi. O cümlədən “Azərbaycan çöllərində”, “Masallı qızları”, “Lənkəranlı qız”, “Çəltik becərənlər”, “Tarlada”, “Abşeronda”, “Xaçmaz qızları”, “Qarabağlı qızlar”, “Astarada çay yığımı” və s. əsərlərində də Azərbaycan qadınlarının əməksevərliyini inandırıcı boyalarla əks etdirib. Bu əsərlərindəki dinamiklik, koloritlik diqqət çəkir. Rəssam elə 1974-cü ildə layiq görüldüyü Azərbaycan Dövlət mükafatı laureatı adını da məhz bu tablolarına görə alıb. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən Mikayıl Abdullayevin bu sahədəki fəaliyyəti də uğurlu olub. O, həmişə insanlar arasında olmağı çox sevərdi. Hər görüşdən, söhbətdən bir mövzu tapardı. Elə buna görə də onun rəsmləri təbii və canlı idi.

Dövlət müstəqilliyimizi qazandıqdan sonra rəssam ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb. Ulu öndər Heydər Əliyevin sevdiyi rəssamların sırasında Mikayıl Abdullayevin öz yeri vardı. Xalqımız həmişə bu böyük və unudulmaz rəssamla fəxr edib. Rəssamın əsərləri hazırda dünyanın bir sıra muzeylərində saxlanılır: Dehlidə, Londonda, Monrealda, Moskvada və başqa şəhərlərdə.

Mikayıl Abdullayev fırça ilə bərabər qələmə də böyük məhəbbətlə yanaşırdı. Bu unudulmaz insan ötən əsrin 70-ci illərindən başlayaraq həm yerli, həm də xarici mətbuat səhifələrində müxtəlif publisistik yazılarla çıxış edirdi. Onun bu sahədəki yaradıcılığının əsas hissəsini sənət və sənətkarlar haqqında yazdığı məqalələr təşkil edərdi. Rəsm əsərləri kimi qələm məhsulları da oxucular tərəfindən rəğbətlə qarşılanardı.

Bakı metrosunun “Nizami” stansiyasından hər gün yüzlərlə insan keçir. Onlar bu stansiyanın interyerinin tərtibatındakı gözəlliyi dəfələrlə seyr edirlər. Buradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Təəssüf ki, bu həssas və zərif duyğulu insan ömrünün ahıl çağında bədnam qonşularımızın başımıza gətirdiyi fəlakətin də şahidi oldu.

20 Yanvar faciəsinin qurbanlarına həsr etdiyi “Nakamların dəfni” əsəri rənglərin dili ilə şəhidlərimizin qəhrəmanlığını əks etdirdi.

Mikayıl Abdullayev möhtəşəm fırçası ilə sənət dünyasında elə bir yol salıb ki, ardıcılları pərvanə kimi onun işığına gəlirlər. Bu sənət işığı əbədidir və Azərbaycan təsviri sənəti var olduqca yaşayacaqdır.

Sehrli fırça, sirli rənglər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb