İQTİSADİYYAT
Şəki REŞ müəssisəsi üzrə elektrik enerjisindən istifadə qaydalarının pozulması faktları aşkar edilmişdir
Bakı, 6 avqust (AZƏRTAC). İlin əvvəlindən bəri İsmayıllı Elektrik Şəbəkə (EŞ) müəssisəsində keçirilmiş reydlər zamanı 160-a yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aktlaşdırılmış və 626,6 min kilovat-saatdan çox itirilmiş elektrik enerjisinin 37,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Bu məbləğin təxminən 28 faizinin ödənişi təmin edilmişdir.
“Azərenerji”ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Qəbələ EŞ müəssisəsində 335 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 510,6 min kilovat-saatdan çox itirilmiş elektrik enerjisinin 30,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin məbləğin 59 faizdən çox hissəsinin ödənişi təmin olunmuşdur.
Sözügedən müəssisələri əlaqələndirən Şəki Regional Elektrik Şəbəkəsi (REŞ) müəssisəsi üzrə 1.870-ə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir.