İQTİSADİYYAT
Şəkinin Baş Zəyzid kəndində mövcud qaz xətləri təmir olunur
Şəki, 9 aprel (AZƏRTAC). Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon Qaz İstismar Sahəsindən AZƏRTAC-a bildirmişlər ki, dağlıq ərazidə yerləşən Baş Zəyzid kəndinə uzun illər sonra təbii qazın verilməsini təmin etmək məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən daşıyıcı və kənddaxili qaz xətlərində təmir və bərpa işlərinə başlanılmışdır.
İşlər tam başa çatdıqdan sonra isə kənddə 900-ə yaxın abonent təbii qazdan istifadə etmək imkanı əldə edəcəkdir.
Birlikdən bildirmişlər ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, rayonun Aşağı Göynük, Suçma, Cəyirli, Sarıca, Böyük və Kiçik Dəhnə kəndlərinin 2013-cü ildə, digər kəndlərin isə mərhələlərlə qazlaşdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]