MƏDƏNİYYƏT
“Şekspir” tamaşasının növbəti uğuru
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycanlı aktrisa Məlahət Abbasovanın Xalq Yazıçısı Elçin Əfəndiyevin “Şekspir” pyesi əsasında hazırladığı eyniadlı tamaşa Türkiyədə növbəti dəfə uğur qazanıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “2013-2014 dizayn mükafatı”na tamaşanın dekorasiyası layiq görülüb. Mükafatı İstanbul şəhər teatrları arasında ancaq “Şekspir” tamaşası qazanıb. Əvvəllər də bu tamaşanın dekor işi iki ayrı mükafata layiq görülüb. Bundan başqa, bu səhnə əsərində rol alan beş nəfər aktyor və aktrisa da “İlin ən yaxşı sənətçiləri” mükafatına layiq görülüblər. Bu qaliblər Türkiyədə fəaliyyət göstərən 147 teatr arasından seçilib.
Qeyd edək ki, “Şekspir” tamaşasının bəstəkarı Aygün Səmədzadədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]