SƏMƏD MƏNSURUN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Tanınmış Azərbaycan şairi Səməd Mənsurun (Səməd Hacı Əhməd oğlu Kazımov) xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Səməd Mənsurun yaşadığı binaya (Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi, 15) xatirə lövhəsinin vurulmasını təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2008-ci il.