SENTYABRDAN RƏQƏMSAL TELEVİZİYANIN TƏTBİQİNƏ BAŞLANACAQDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu televiziyanın yaradılması ilə ölkədə telekanalların sayı artacaq, təsvirin və siqnalların keyfiyyəti yüksələcək, TV kanallarından səmərəli istifadə etmək üçün bir tezlikdə 4-5 kanalın yayımlanması mümkün olacaqdır. Bu sistemdə həmçinin yayımın rabitə vasitələri tərəfindən yaradılan maneələrə qarşı davamlılığı artacaq, vətəndaşların İnternetə rahat qoşulması təmin olunacaqdır.
Rəqəmsal televiziya əvvəlcə Bakı şəhəri və Abşeron rayonunda sınaqdan çıxarılacaqdır.