S.Ə.Qafarovanın Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sahibə Əli qızı Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilsin.
Altıncı çağırış Azərbaycan Respublikası
Milli Məclisinin birinci iclasına
sədrlik edən
Z.SƏMƏDZADƏ
Bakı şəhəri, 10 mart 2020-ci il.