İDMAN
Sərbəst güləşçilərimiz Mahaçqalada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 30-dan dekabrın 3-dək Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, turnirdə sərbəst güləş üzrə yığma komandamızın üzvləri də iştirak edəcəklər.
Baş məşqçi Saypulla Absaidovun başçılığı altında yığma komandanın 14 üzvü turnirdə qüvvəsini sınayacaqdır. Heyətdə Qalib Əliyev (55 kq), Ağahüseyn Mustafayev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 60 kq), Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev (hər ikisi 66 kq), Əşrəf Əliyev, Murtuz Müslümov (hər ikisi 74 kq), Məhəmməd Əbdülxaliqov, Məhəmmədsultan Zakavov, İlya Xamikoyev (hamısı 84 kq), Aslanbek Alborov (96 kq), Aslan Dzebişov, Əli İsayev və Əli Məhəmmədabirov (hamısı 120 kq) yer almışlar.