DÜNYA
Serbiya-Macarıstan sərhədində gizli tunellər aşkarlanıb
Belqrad, 1 dekabr, AZƏRTAC
Serbiya-Macarıstan sərhədində gizli tunellər aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu tunellər miqrantların Macarıstan sərhədini gizlicə keçməsi üçün istifadə olunurmuş. Tunellər sərhədlərdə inşa olunmuş dəmir barmaqlıqların altından keçirdi.
Tunellərdən biri Macarıstanın cənubunda yerləşən və Serbiya ilə həmsərhəd Asottalom kəndindədir. Buradan keçmək istəyən 44 miqrant həbs olunub. Digər tunel isə Macarıstanın Çikeriya kəndinə doğru qazılıb.
Serbiya Miqrasiya Xidmətinin məlumatına əsasən, son aylarda Macarıstana qanunsuz yollarla keçənlərin sayı artıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]