Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 100

Sergey Markov: Azərbaycanın bəxti onda gətirib ki, ölkə üçün dönüş anında dövlətə Heydər Əliyev kimi lider başçılıq edib

Sergey Markov: Azərbaycanın bəxti onda gətirib ki, ölkə üçün dönüş anında dövlətə Heydər Əliyev kimi lider başçılıq edib

Rusiyalı tanınmış ictimai və dövlət xadimi, diplomat, siyasi şərhçi Sergey Markov ilə müsahibə

Bakı, 10 mart, AZƏRTAC

-Salam, Sergey Aleksandroviç! Mən müsahibəmizi görkəmli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevə həsr etmək istərdim. Onun şəxsiyyətinin miqyasını dəyərləndirmək çətindir. Sizə məlumdur ki, cari il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. İlk sualım belədir: Sizcə, həm sovet partiya xadimi olduğu zamanlarda, həm də müasir Azərbaycanın Prezidenti postunda Heydər Əliyevin son dərəcə heyrətləndirici uğurunun formulu nədə idi?

-Şübhəsiz, Heydər Əliyevin fəaliyyəti tarixçilər və politoloqlar tərəfindən hələ tədqiq olunacaq. Lakin mənə belə gəlir ki, bütün rəhbər vəzifələrdə Heydər Əliyevin uğuru onun mövcud obyektiv reallıqlar və şərait nəzərə alınmaqla, dəqiq, zamanında siyasi qərarlar qəbul etmək bacarığında idi. Sovet Azərbaycanının rəhbəri vəzifəsində Heydər Əliyev Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklər həyata keçirməyə, Azərbaycanı sənaye-aqrar ölkəsinə çevirməyə müvəffəq oldu. Sənayenin inkişafı respublikada həyat səviyyəsini, təhsilin və elmin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verdi. Sonrakı mərhələlərdə məhz bu resurslar ölkənin güclü şəkildə bərpasının, Heydər Əliyevin və sonralar onun siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurların əsasını təşkil etdi.

Mən Heydər Əliyevlə ünsiyyətdə olmaq şərəfinə nail olmuşam. O, qeyri-adi zəkaya sahib şəxsiyyət, doğma Azərbaycanını hədsiz sədaqətlə sevən, böyük dövlət idarəçiliyi təcrübəsinə malik görkəmli siyasi xadim idi. Onun siyasi nifaqlar nəticəsində parçalanan Azərbaycanda hakimiyyətə qayıdışı faktiki olaraq vətəndaş müharibəsinə son qoydu. Heydər Əliyevin şəksiz nüfuzu sayəsində ölkədə vəziyyəti kifayət qədər tez bir zamanda sabitləşdirmək mümkün oldu. Əlbəttə ki, ən başlıcası - Heydər Əliyev Qarabağda qırğının qarşısını aldı və atəşkəs haqqında saziş bağladı. Beləliklə, Bakıya qədər gəlib çatmaq arzusunu gizlətməyən erməni işğalçıların hücumunun qarşısı alındı. Bu, həddən artıq çətin idi. Lakin Heydər Əliyev çox incə siyasi manevrlər və şəxsi nüfuzu sayəsində buna müvəffəq oldu. Digər tərəfdən, Azərbaycan həmin dövrdə güclü hərbi resurslara sahib deyildi.

Heydər Əliyev sürətlə və səmərəli şəkildə dövlət təsisatlarını qurmağı bacardı və onlar indi də gözəl fəaliyyət göstərir. Bütün bunlar Heydər Əliyevin müdrik, hərtərəfli düşünülmüş addımlarının nəticəsidir. Heydər Əliyev vaxtilə Türkiyənin getdiyi yolu seçdi. Onun qurduğu model dünyəvi müasir təsisatları və ənənəvi islam mədəniyyətini çox harmonik şəkildə bir-birinə inteqrasiya etmək imkanı verdi. Heydər Əliyev Türkiyə ilə güclü strateji ittifaq formalaşdırdı, bu ittifaq bir çox məsələlərin həllində Azərbaycana kömək etdi.

Əlbəttə, məhz Heydər Əliyev Azərbaycan iqtisadiyyatını bərbad vəziyyətdən sonra dirçəltməyi bacardı. Bu, çox cəhətdən, Heydər Əliyevin bilavasitə iştirakı ilə imzalanmış “Əsrin müqaviləsi” sayəsində baş verdi. Heydər Əliyevin qeyri-adi zəkası sayəsində qərbin transmilli şirkətlərinin investisiyaları və texnologiyalarından maksimum istifadə etmək mümkün oldu. Lakin bununla yanaşı, gəlirlərin tam əksər hissəsi Azərbaycan büdcəsinə yönəldilmişdi. Beləliklə, Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl yaradıldı və bu, artıq Prezident İlham Əliyevin hakimiyyəti dövründə çox sürətli xarakter aldı.

-Heydər Əliyevi haqlı olaraq müasir Azərbaycanın memarı hesab edirlər. Əlbəttə, dövlətçiliyin başlıca atributlarından biri nizami ordudur. Müasir dünyada qüdrətli ordunun olması az qala həyati əhəmiyyətli məsələdir. Bax, bu cür paradoks... Tarixin müəyyən dövründə, əsasən ötən əsrin 50-60-cı illərində və daha əvvəl - hələ çar Rusiyasında azərbaycanlıları hərbi işdən ayırmışdılar. Azərbaycanlılara münasibətdə buna bənzər meyillər Qorbaçovun hakimiyyəti dövründə də yer alırdı. Əsgərliyə yeni gələn azərbaycanlıları zabit vəzifələrinə irəli sürmür, bu gənclərin rus dilini zəif bilmələrini “əsas” gətirərək onları tikinti batalyonlarına göndərirdilər. Bunlar, şübhəsiz ki, bəhanə idi. Sizcə, bunun əsl səbəbi nə idi?

-Yuxarıda adıçəkilən, Azərbaycan üçün həyati əhəmiyyətli xarakter kəsb edən məsələlər kompleksinin Heydər Əliyev tərəfindən həlli onu əminliklə müasir Azərbaycanın memarı, millətin atası adlandırmağa əsas verir.

Məlumdur ki, sovet dövründə güc təsisatlarına aid olan hər şeyə qeyri-formal yanaşma olub. Nisbətlər müxtəlif idi və slavyan əhaliyə xüsusi əhəmiyyət verilirdi. Lakin ermənilər və gürcülər də güc təsisatlarında, o cümlədən orduda kifayət qədər təmsil olunmuşdu. Əlbəttə, bu vəziyyət sonralar - Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı öz rolunu oynadı. Azərbaycanlıların bu mənada imkanları əhəmiyyətli şəkildə məhdudlaşdırılmışdı. Bu, qismən onunla bağlı idi ki, sovet imperiyası dövründə bir növ “sevimli xalqlar” mövcud idi və ola bilsin, dini amil də böyük rol oynayırdı. Yeri gəlmişkən, mən bu məsələni tarixçilərin və ya hərbi ekspertlərin mühakiməsinə çıxarmağı məqsədəuyğun hesab edirəm. Onlar elmi tədqiqatlar, arxiv materiallarının öyrənilməsi yolu ilə bu məsələyə aydınlıq gətirə bilərdilər.

Burada qeyd etmək yerinə düşər ki, Heydər Əliyev işin gedişatına müdaxilə etməyi və azərbaycanlılar üçün, necə deyərlər, kvota “qazanmağı” bacardı. Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun möhkəm təməlini qoymaqla ölkə ordusunda köklü islahatlar həyata keçirdi. O vaxtdan möhkəmlənən, güclənən Azərbaycan ordusu ölkənin Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edən qüdrətli müasir orduya çevrildi. Azərbaycan Ordusu əsl fenomen oldu, onun döyüş təcrübəsi hazırda ekspertlər tərəfindən ətraflı öyrənilir.

-Heç kim üçün sirr deyil ki, Rusiya ilə Azərbaycan arasında 90-cı illərdə xeyli zəifləmiş əlaqələri məhz Heydər Əliyevin səyləri və şəksiz nüfuzu sayəsində nizamlamaq mümkün oldu. Bütün bunlar Qarabağ hadisələri, Qorbaçovun göstərişi ilə Bakıda törədilən qanlı terror fonunda baş verirdi. Siz Rusiya-Azərbaycan münasibətlərində Heydər Əliyev amilini necə dəyərləndirirsiniz?

-Siz tamamilə haqlısınız. Azərbaycanla Rusiya arasında münasibətlər əvvəlcə kifayət qədər çətin qurulurdu, lakin Heydər Əliyev şəxsiyyətinə böyük hörmət bəsləyən Vladimir Putinin hakimiyyətə gəlişi ilə hər şey dəyişdi. Heydər Əliyev Putin üçün bir çox hallarda siyasi müəllim idi. Putin özü bunu dəfələrlə bəyan edib, onlar tez-tez görüşürdülər. Demək lazımdır ki, Heydər Əliyev Sovet İttifaqının, daha sonra Rusiyanın rəhbərliyindən şəxsi incikliyinə “göz yumdu” və qüdrətli şimal qonşusu ilə yaxınlaşaraq yaxşı dostluq münasibətləri qurdu və bu münasibətlər hazırda da davam edir.

-Heydər Əliyevlə şəxsən ünsiyyətdə olmuş insanların ortaq fikri belədir ki, dahi liderin razılıq əldə etmək bacarığı, qaneedici, arqumentli nitqi, hər hansı vəziyyətdə möhkəm və təmkinli olması ona xas olan güclü keyfiyyətlərdir. Bir də, əlbəttə ki, uzaqgörənliyi. Axı hələ 10 il bundan əvvəl regionda indiki vəziyyəti qabaqcadan kim proqnozlaşdıra bilərdi. Amma Heydər Əliyev bu barədə xeyli əvvəl danışırdı. Bununla bağlı mənim iki sualım var: birincisi - Siz qonşu Ermənistanın təxribatçı, heç də sülhə uyğun olmayan hərəkətləri fonunda Cənubi Qafqazın gələcəyini necə görürsünüz və ikincisi, dünyada yaranmış gərginliyi aradan qaldırmaq üçün indiki siyasi xadimlərdə hansı keyfiyyətlər çatışmır?

-Heydər Əliyevi tanıyan hər kəs, bütövlükdə, geniş ictimai-siyasi dairələrin nümayəndələri də, siyasətə yaxşı bələd olmayanlar da eyni fikirdədirlər: Azərbaycanın bəxti onda gətirib ki, ölkə üçün dönüş anında bu dövlətə Heydər Əliyev kimi lider başçılıq edib. Hamı Heydər Əliyevi dərin hörmətlə yad edir, onun siyasi dühasını lazımınca dəyərləndirir.

Sualın ikinci hissəsinə gəlincə, mənim fikrimcə, indiki siyasi xadimlərdə məhz lider keyfiyyətləri çatışmır. Güclü siyasi liderlərin yoxluğu və siyasi təsisatların dağılması şəraitində xaos əmələ gəlir. Bu, qaçılmazdır.

-Ətraflı və səmimi söhbətə görə təşəkkür edirəm.

 

Nadiyə Qafarova

Publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb