Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Şərq qapısı” qəzeti Naxçıvanda gənc nəslin maariflənməsində və mətbuat sahəsinin inkişafında mühüm rol oynayıb

Naxçıvan, 29 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən, 100 illik yubileyi qeyd olunan “Şərq qapısı” qəzeti bir əsr müddətində cəmiyyətin maarifləndirilməsi, eyni zamanda dövlət-gənclər siyasətinin təbliği istiqamətində mühüm rol oynayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə “Gənc nəslin tərbiyəsində, maariflənməsində və mətbuat sahəsində inkişafında “Şərq qapısı” qəzetinin rolu” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, fond gənclərin bilik və bacarıqlarının artırılması, onların intellektual inkişafının təmin edilməsi, eyni zamanda, milli soykökə bağlı və yeni innovasiyaları yaxşı bilən gənc nəslin yetişdirilməsi, gənclərin könüllük fəaliyyətinə cəlbi istiqamətində bir sıra layihələr həyata keçirir və bu istiqamətdə müvafiq təşkilatlarla birgə mühüm işlər görür.

Qeyd olunub ki, bu gün mətbu orqanın fəaliyyətində gənclərə xüsusi yer ayrılması muxtar respublikada gənclərə göstərilən diqqətin daha bir ifadəsidir. Gənclər Fondu bundan sonra da “Şərq qapısı” qəzeti ilə əməkdaşlığı davam etdirəcək, gənc jurnalistlərin yetişdirilməsi istiqamətində qəzetlə birgə bir çox tədbirlər və layihələr həyata keçirəcək.

Gənclər Fondunun icraçı direktoru çıxışının sonunda 100 illik münasibətilə qəzetin kollektivini səmimi qəlbdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin dövlət gənclər siyasəti ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla davam etdirilir. İllər ərzində aparılan uğurlu dövlət-gənclər siyasətinin, o cümlədən gənclərin milli ideologiya, milli təfəkkür, müstəqil azərbaycançılıq ruhunda tərbiyə edilməsinin nəticəsidir ki, sentyabrın 27-də ildönümünü qeyd etdiyimiz Vətən müharibəsində tarixi Zəfər qazana bildik. Naxçıvanlı hərbçi gənclərimizin bu qələbədə müstəsna rolunun olması həm də muxtar respublikada aparılan gənclər siyasətinin bəhrəsidir.

Mehriban Sultanova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Bu gün bizim qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır” fikrini xatırladaraq bildirib ki, bu gün istər Gənclər Fondu, istərsə də muxtar respublika mətbuatı bu ideologiyanı əldə rəhbər tutaraq fəaliyyətini davam etdirir.

Gənclərin maariflənməsində, dünyagörüşünün formalaşmasında mətbuatın əhəmiyyətini vurğulayan baş redaktor “Şərq qapısı” qəzetinin nəşri tarixindən danışaraq, qəzetin 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” adı ilə vərəqə şəklində nəşrinin təsadüf olmadığını qeyd edib. Bildirib ki, qəzetin nəşrinin müxtəlif dövrlərində gənclərin yeni tərəqqipərvər ruhla, milli düşüncə və təfəkkürlə mətbuatda etdiyi çıxışlar müstəqil Azərbaycanın inkişafı istiqamətində mühüm təbliğat rolunu oynayıb. Bu gün də muxtar respublikada gənclər siyasətinin mətbuat vasitəsilə təbliği uğurla davam etdirilir. Gənc jurnalist kadrların təhsili, kamil, mütəşəkkil formada mütəxəssis kimi yetişməsi üçün kifayət qədər əlverişli şərait yaradılıb. Gənc jurnalist kadrların “Şərq qapısı”nda uğurlu yaradıcılıq fəaliyyəti üçün müasir şəraitin yaradılması, gənclərin qəzetlə fəal əməkdaşlığı buna bariz nümunədir. Qəzetdəki “Estafet” rubrikası sırf yaradıcılıq bacarığı olan gənclərimizi təşviq etmək üçün yaradılıb. “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub.

Vurğulanıb ki, muxtar respublika rəhbərinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzalaması muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dövlət qayğısı olmaqla, həm də gənc jurnalistlərin fəaliyyətinə verilən böyük qiymətdir. Baş redaktor mətbuata göstərdiyi yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, muxtar respublikada gənclər bütün sahələrdə ön sıralarda təmsil olunur. Həmçinin kütləvi informasiya vasitələrində gənc qələm sahibləri yetişir. Bütün bunlar muxtar respublikamızda gənclərə göstərilən diqqətin bariz ifadəsi, eyni zamanda ulu öndər Heydər Əliyev ideyalarının diyarımızda uğurla davam etdirilməsinin nəticəsidir. Göstərilən dövlət qayğısı və yaradılan şəraitin nəticəsidir ki, muxtar respublika gəncləri diyarımızın dünyada tanıdılması, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində də fəallıq göstərirlər. Onlar mətbuat, televiziya, radio ilə əməkdaşlıq etməklə həm böyük praktik təcrübə əldə edir, həm də müasir Naxçıvanın inkişafına töhfə verirlər. Yüzillik yubileyini dövlət səviyyəsində qeyd etdiyimiz “Şərq qapısı” qəzetinin gənc jurnalist əməkdaşları isə yaradıcı fəaliyyəti ilə inkişaf və tərəqqi edən müasir Naxçıvanımızın mətbuat salnaməsinin yaradılmasında xüsusi rola malikdir.

“Şərq qapısı” qəzetinin Xəbərlər, ictimai-siyasi məsələlər və kənar müəlliflərlə iş şöbəsinin müdiri Nail Əsgərov, Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının III kurs tələbəsi, “Şərq qapısı” qəzetinin əməkdaşı Məcid Əkbərov çxışlarında böyük tarixi inkişaf yolu qət edən “Şərq qapısı” qəzetinin gənclərin sağlam mənəvi-fiziki tərbiyəsində, vətənpərvərlik və dövlətçilik ruhunda formalaşmasındakı xidmətlərindən bəhs edib, qəzetin muxtar respublikada uğurla reallaşdırılan dövlət-gənclər siyasətinin təbliği kimi mühüm missiyanı uğurla həyata keçirməsindən danışıblar. Çıxış edənlər qazanılan nailiyyətlərdə gənclər üçün yaradılan şəraitin, onlara göstərilən qayğının mühüm rolunu vurğulayaraq, muxtar respublikada gənclər üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Sonra Naxçıvan Televiziyasının hazırladığı “100 ilin Şərq qapısı” sənədli filmi izlənilib, Gənclər Fondu tərəfindən “Şərq qapısı” qəzetinə təşəkkürnamə, qəzetin fəal gənc əməkdaşlarına isə təşəkkürnamə və pul mükafatları təqdim olunub. “Şərq qapısı” ilə fəal əməkdaşlıq edən gənc jurnalistlər Arif Bayramova və Emil Səmədova qəzetin fəxri fərmanı və hədiyyələr təqdim edilib, digər fəal gənclər mükafatlandırılıblar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz da praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur