Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər nazirlərinin Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı ilə görüşü olub

Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər nazirlərinin Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı ilə görüşü olub

Bakı, 2 iyul, AZƏRTAC

Şərq Tərəfdaşlığının (ŞT) 2020-ci ildən sonrakı nəticələri barədə ŞT ölkələrinin Xarici İşlər nazirlərinin Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varheyli ilə görüşü olub. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov görüşdə iştirak edib.

Elmar Məmmədyarov çıxışında bildirib ki, gələcək nəticələr 2017-2020-ci illəri əhatə edən əvvəlki hədəflər qrupundan öyrənilmiş dərslər əsasında hazırlanmalıdır. Bu hədəflər real, mümkün və ölçülə bilən olmalıdır. Aİ ilə münasibətlərdə ayrı-ayrı tərəfdaş ölkələrin müxtəlif ambisiyalarına uyğun olmalıdırlar. Eyni zamanda, Aİ daim dəyişən ehtiyac və şərtlərə uyğunlaşmalı və gözləntilərini yenidən nəzərdən keçirməlidir. Bu baxımdan Aİ-nın böyük çevikliyi Şərq Tərəfdaşlığının canlılığı və aktuallığının qorunmasında həlledici rol oynayacaq.

Dayanıqlı, davamlı və inteqrasiya olunmuş iqtisadiyyatdan danışan nazir qeyd edib ki, hərtərəfli iqtisadi siyasət rəqəmsallaşdırma, internet bağlantısı və yeniliyə diqqət yetirərək, səhiyyə və təşkilatların gücləndirilməsi, ticarət və investisiya qoyuluşunu asanlaşdırmaq tədbirlərinə beynəlxalq dəstəklə birləşdirilməlidir. Kiçik və orta müəssisələrin dirçəldilməsi və beynəlmiləlləşdirilməsinə yönəlmiş tədbirlər iqtisadi inkişafın miqyasının genişləndirilməsində prioritetdir.

Enerji bağlılığı məsələsinə gəldikdə, nazir Cənub Qaz Dəhlizinin uğurunun əsas götürülməli olduğunu deyib. Bildirib ki, Qərbi Balkanlardakı həmkarlarımızla daha geniş bir coğrafi bölgəyə qaz tədarükünü genişləndirmək üçün sıx işləyirik. Cənub Qaz Dəhlizi tədarük mənbələrini və marşrutlarını şaxələndirməyi hədəfləyən Qərbi Balkanlarda Aİ-nin siyasət prioritetlərinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Nəqliyyat bağlılığına gəldikdə, Aİ-nin dəstəyi Şərq-Qərb və Şimal-Cənub ticarət dəhlizlərinin inkişafı üçün çox vacibdir. Biz, həmçinin Aİ-ni Mərkəzi Asiyaya və ondan kənarda alternativ bir marşrut təmin edəcək GUAM nəqliyyat dəhlizi, həmçinin ATƏT-in "Xəzər dənizi bölgəsində yaşıl limanların və bağlantıların inkişafına dəstək" layihəsini təmin etmək üçün səyləri dəstəkləməyə çağırırıq.

Elmar Məmmədyarov vurğulayıb ki, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq standartlarının Avropa standartlarına uyğunlaşdırılması daxili siyasətin əsas prioritetidir və bu istiqamətdə gələcək əməkdaşlığa hazırıq.

“Biz Aİ-nın beynəlxalq hüquqa dair prinsipial mövqeyini və münaqişələrin Helsinki Yekun Aktı prinsipləri, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək əsasında həlli mövqeyini yüksək qiymətləndiririk. Aİ-nin həll olunmamış münaqişələrin dinc yolla həllini təşviq etməsini, xüsusilə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma, infrastruktur layihələri vasitəsilə status-kvonun möhkəmləndirilməsinə yönəlmiş qanunsuz fəaliyyətə və münaqişənin siyasi həllini pozmaq üçün mövcud formatları dəyişdirmək cəhdlərinə qarşı öz siyasət və təcrübələrində beynəlxalq hüquqa hörmətin gücləndirilməsi yanaşmasını davam etdirəcəyini gözləyirik”, - deyə Elmar Məmmədyarov qeyd edib.

Nazir deyib: “Aİ-nın fərqləndirmə siyasəti bütün tərəfdaşları qorumaq üçün vacibdir. Biz bunu yüksək qiymətləndiririk, lakin bu, Şərq Tərəfdaşlığının bəzi tərəfdaş ölkələri kimi beynəlxalq hüquq prinsiplərindən sui-istifadə və ya yanlış şərh edilməsinə səbəb olmamalıdır”.

Ətraf mühitin və iqlimin təsirlərinə qarşı müqavimət məsələlərindən danışan nazir deyib ki, qlobal tullantıların aradan qaldırılması üçün regional və beynəlxalq səylərin artırılması və konkret layihələr vasitəsilə daha yaşıl iqtisadiyyat yaratmaq üçün işlərin aparılması vacibdir.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan hazırda hökumətin rəqəmsal transformasiya strategiyası üzərində işləyir. Süni intellekti inkişaf etdirmək və potensial kiber təhlükəsizlik təhlükələrini aradan qaldırmaq üçün “Microsoft” ilə sıx işləyirik. İnsanların rəqəmsal bacarıqlarına dair startapların təşviqi iqtisadiyyatımızı neft sektorundan şaxələndirməyə kömək edəcək.

Elmar Məmmədyarov qeyd edib ki, insan kapitalına, xüsusilə gənclərə investisiya qoyuluşu sosial və iqtisadi dayanıqlılığın möhkəmləndirilməsində əsas rol oynayacaq. COVID-19-un səbəb olduğu təhsil sektorundakı fəsadları aradan qaldırmaq üçün davamlı həllər hazırlamalıyıq.

“Münaqişədən zərər çəkmiş əhalinin hüquqlarına hörmətin təmin edilməsi yurdundan zorla qovulan azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüquqlarını təmin etmək üçün məqsədyönlü tədbirləri əhatə etməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqun asanlaşdırılması müvafiq etimadın qurulması tədbiri ola bilər”, - deyə nazir bildirib.

Elmar Məmmədyarov, həmçinin çıxışında deyib: “İrqi və dini ayrı-seçkilik təəssüf ki, insan həyatının itirilməsinə səbəb olur, icmalar arasında nifrət və zorakılıq yayır. Dözümlülüyü, müxtəlifliyi və dinc yanaşı yaşamağı təşviq etmək, zorakılıq, separatizm, ekstremizm və ksenofobiya da daxil olmaqla hər cür zorakılığa qarşı mübarizə aparmaq üçün birlikdə çalışmalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək