SİYASƏT
SƏSVERMƏNİN NƏTİCƏLƏRİ LƏĞV OLUNMUŞ BƏLƏDİYYƏLƏRƏ TƏKRAR SEÇKİLƏR ÜÇ AYDAN SONRA KEÇİRİLƏCƏKDİR
Bakı, 12 yanvar (AZƏRTAC). Dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri ləğv olunmuş bələdiyyələrə təkrar seçkilər üç aydan sonra keçiriləcəkdir.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat vermişdir.
MSK sədrinin sözlərinə görə, bu müddət qanunvericilikdə müəyyənləşdirilmişdir və rəhbərlik etdiyi qurum qanunvericiliyə uyğun addımlar atacaqdır.
Qeyd edək ki, MSK-nın yanvarın 11-də keçirilmiş iclasında 33 seçki məntəqəsindəki səsvermənin nəticələri və 9 bələdiyyəyə seçkilərin etibarsız hesab edilməsi haqqında qərar çıxarılmışdır.