Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Səttar Bəhlulzadə fenomeni

Bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

Bakı, 15 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan boyakarlıq sənətinin ən görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur. Bu münasibətlə AZƏRTAC Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin məqaləsini oxuculara təqdim edir.

Hələ sağlığında müasirləri onu “Aramızda gəzən dahi” deyə çağırırdılar. Özünün bundan xəbəri yox idi. Bilsəydi inciyərdi. Tərifi xoşlamazdı. Çəkdiyi əsərləri üzünə tərifləyəndə də haldan-hala düşər, daxili aləminin işığı duyulan nadir gözlərini nəhayətsiz bir nöqtəyə zilləyərək “İşləyirik də... hələ çox şey eləmək lazımdı”, - deyib söhbətin yönümünü dəyişməyə çalışardı.

Sağlığında bu cür şəksiz təsdiq, ölməzlik qazanmaq tək-tək adama qismət olur. El məhəbbətini qazanmaq asan deyil. Səttar Bəhlulzadə doğrudan da xoşbəxt sənətkar idi. Onun əsərlərini fəhlə də, ziyalı da çox yaxşı başa düşür, oradakı həyat həqiqətlərinin lirik-poetik və romantik-fəlsəfi şərhinə inanırdı. Həyatdan, doğma torpaqdan aldığını birə-beş ona qaytardığı üçün bəlkə də bu qədər sevildi, “Sənətin Məcnunu” ayaması ilə hamının əzizinə çevrildi...

Proloq

“Səttar nağılı” Abşeronun qədim Əmircan kəndindən başlanır. Burada 1909-cu ilin 15 dekabrında çörəyi torpaqdan çıxan Bəhlul kişi ilə Hökümə xanımın ailəsində dünyaya göz açan Səttar Bəhlulzadə üçün kəndin əski memarlıq tikililəri, burada toxunan məşhur “Xilə” xalçaları gözəlliyə açılan ilk pəncərə olmuşdur. Abşeronun digər kəndləri ilə müqayisədə o qədər də bağ-bağatlı olmayan Əmircan kəndi daha çox oxumuş adamları, ziyalıları ilə məşhurdur. Bu mənada həmkəndlisi Səməd Mənsurun həyatda gördüklərinə və göstərilənlərə haqlı olaraq “həpsi rəngidir” deyib, müasirlərinin yatmış duyğularını oyatmağa çalışdığı bir zamanda Səttarın taleyini bu gerçəkliyi rənglərlə ifadə edəcək rəssamlıq sənətinə bağlamağa qərar verməsini də təbii saymaq olar...

Rəssam olmağa qərar verən Səttar ixtisas təhsilini əvvəlcə Bakıdakı rəssamlıq texnikumunda, sonra isə Moskvadakı V.İ.Surikov adına Rəssamlıq İnstitutunda alıb. Uzaq Moskvada diplom işi üçün ona yaxın olan Babək mövzusunu seçəndə də heç kəs ona etiraz etməyib. O, başqalarından fərqlənərək diplom işi olaraq bir yox, iki əsər - “Babək üsyanı” və “Bəzz qalasının müdafiəsi” tablolarını işləyib. Lakin İkinci cahan savaşının başlaması ona diplom müdafiə etməyə imkan verməyib. Müharibədən sonra hələ də diplomsuz qalan rəssama dəfələrlə Moskvaya gəlib diplom işini müdafiə etmək təklif olunsa da, o, buna etiraz edib və “Məgər diplomsuz rəssam olmur” cavabını verib...

Azərbaycan təbiətinin məcnunu

“Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir”. Bu Səttar Bəhlulzadənin yaradıcılığını səciyyələndirən və doğma Azərbaycan torpağına sevgisini əks etdirən öz sözləridir. O, doğrudan da bir qərinəlik yaradıcılığı ilə yurdumuzun əsrarəngiz təbiətinə olan Məcnun məhəbbətini həm özümüzə, həm də bütün dünyaya göstərə bildi. Onun doğma Abşeronla yanaşı, Qubaya, Şuşaya, Naxçıvana, Şamaxıya, Gəncəyə, Lənkərana, eləcə də yurdumuzun digər dilbər guşələrinə davamlı yaradıcılıq səfərlərindən sonra özündə Azərbaycan torpağının bənzərsiz gözəlliyini əks etdirən sayagəlməz əsərləri yarandı. “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Doğma düzənlər”, “Cıdır düzü”, “Muğanda bahar”, “Dədəgünəş”, “Qədim Şamaxı”, “Naxçıvan dağları”, “Abşeronun tacı” tabloları həmin səfərlərin nəticəsində gerçəkləşən sənət inciləridir... Səttar Bəhlulzadə adlarını çəkdiyimiz və dilə gətirmədiyimiz yüzlərlə əsəri ilə Azərbaycan rəssamlığına əsl poetik ruh gətirdiyini birmənalı olaraq təsdiqləmişdir. Bu poetikanın, lirik bədii şərhin məğzini ölməz Füzulinin fəlsəfi poeziyası, milli miniatür və xalçalarımızın, muğamlarımızın acılı-şirinli ruhu və rəssamın Vətən torpağına sonsuz bağlılığı təşkil edir...

Səttar Bəhlulzadə fenomeni

Səttar Bəhlulzadə bənzərsizliyini şərtləndirən təkcə onun sənəti deyildi. O, bir insan kimi də bənzərsizdi. Bu mənada onun əliaçıqlığını xüsusi vurğulamaq istərdik. Əgər desək ki, dünyada bu vaxta qədər Səttar kimi ikinci bir səxavətli rəssam olmayıb, yanılmarıq. Çoxdan dünyamız Səttar əsərlərinin qeyri-rəsmi, ümmansız sərgisinə çevrilib. Bu gün Azərbaycanımızla yanaşı, dünyanın ən müxtəlif ölkələrində, o cümlədən nüfuzlu muzey və şəxsi kolleksiyalarda onun rəngkarlıq və qrafika əsərlərinin saxlanılması da bunun təsdiqidir. Bütün yaradıcılığı boyu çox məhsuldar işləməsi ilə sayagəlməz bədii irs yaradan rəssamın yalnız Azərbaycanın və keçmiş SSRİ məkanındakı muzeylərin saxlanclarında toplanan 200 əsəri rəsmi şəkildə qonorarla alınıb, sayı bir neçə yüzlərlə ölçülən, qalanını isə Səttar Bəhlulzadə təmənnasız olaraq ürəyinə yatan adamlara hədiyyə verib. Başqa sözlə desək, o, heç kimə əsər satmayıb. Çünki Səttar belə Səttar idi...

Ötən əsrin əllinci illərinin sonunda Moskvada təhsilini başa vurub ailəsi ilə birlikdə Bakıya qayıdan və bu gün çağdaş rəssamlığımızın klassiklərindən sayılan Xalq rəssamı Tahir Salahovun mənzilinin olmadığını bilən Səttar Bəhlulzadənin paytaxtda yeni tikilən “Rəssamlar evində” ona ayrılmış ikiotaqlı mənzili gənc həmkarına verməsi o vaxt çoxları tərəfindən gözlənilməz qarşılansa da, Səttar üçün bu, adi insani münasibətin nümunəsi idi...

Şəxsi maşını da yox idi. İstəsəydi ala da bilərdi, amma elektrik qatarını onu Əmircandan şəhərə aparıb gətirən ən gözəl minik sayırdı. O, sanki həyatdan, təbiətdən götürdüyü sadəliyə və təbiiliyə haram qatmaq istəmirdi. Səttar, sözün əsl mənasında, bu günahlı dünyanın günahsız uşağıydı. O, günaha batmadı. Çünki Səttarın, sadəcə, buna heç vaxtı da yox idi. Onun bu əvəzsiz keyfiyyətini bütün müasirləri də bilirdi. Əlindən heç nə gəlməyən də, böyük ixtiyar sahibi olan da..

Daim gənc rəssamlarla əhatələnməsindən xüsusi zövq alan Səttarın onların ali təhsil almalarına şəxsən qayğı göstərməsi də yeri gələndə onlara mənəvi və maddi dəstək olması, hətta bu sətirlərin müəllifi üçün Buzovnaya - qız qapısına “hə” almağa getməsi də əsl atalıq qayğısı idi, desək həqiqəti ifadə etmiş olarıq...

Böyük sənətkar ömrünün 65-ci baharında, oktyabr ayının 13-də Moskvada vəfat edib. Üç gün sonra isə onunla Bakıdakı Aktyor evində vida mərasimi keçiriləndən sonra vəsiyyətinə uyğun doğulduğu Əmircan qəsəbəsində - anasının uyuduğu məzarlıqda dəfn olunub. Bir çoxları kimi heç vaxt Fəxri xiyabanın həsrətini çəkməyən rəssamın ruhən sevimli anasına, ünsiyyətə üstünlük verdiyi sadə adamlara qovuşmaq istəyinin əleyhinə getməyə də heç kəs cürət etmədi, bunu ona qıymadı. Səttar belə Səttar idi. Bu haqqı da o, sağlığında qazanmışdı...

Səttar Bəhlulzadə fəlsəfəsi

O, dünyaya gələrkən kəşf edəcəyi ideal gözəllik tapmaq yükünü də çiynində - ruhunda gətirmişdi. Sonda arzuladığı ideal təbiət eşqinə yetişə bilməsi də onun həyatı, təbiəti dərk etməsindən keçdi. Həyatı anlamaq insana həm də kədər gətirsə də, Səttar elə bu kədərin özü ilə dünyanı - təbiəti dərk etdi. Çox gənc yaşlarından təbiətə vurulan və ona inanan Səttarın bu vurğunluğunu və səmimiliyini ali yaradıcı da, onun insanlara bütün bəxş etdikləri də qəbul etdi və az qala “Bizdən nə götürə bilirsən, götür”, - dedi. Rəssam da bu cür dəyərləndirməyə ürəkdən səs verdi və elə o gündən də Əmircandan “çıxdı” və bütün Azərbaycan onun evinə çevrildi. Bütün mənalı həyatı və yaradıcılığı ilə Vətənə də əsl oğul oldu. Çox qısa zaman kəsiyində hamının əzizinə çevrilməsi, onu hamının özününkü, doğması hesab etməsi də, Səttarın bütün mənalarda qəbulunun ifadəsi idi. Onun xalq içində hələ sağlığında “Aramızda gəzən dahi” deyə çağırılması da artıq hökumətin onu ən yüksək formada dəyərləndirməsindən də yüksəkdə dururdu. Odur ki, 1974-cü ilin bir payız günü Bakıdakı Aktyor evindən Əmircandakı kənd məzarlığına anası ilə ruhi görüşə çiyinlərdə, əllər üstündə gedəndə də rəssam artıq qoyub getdiyi “iz”dən nigaran deyildi...

Səttar bu qədər təzadlı olan dünyamızda özünü həm də lirika ilə ifadə edən təklənmiş “kədər məcmusu” idi... Rəssamın əsərləri onun özünü dərk edəndən anbaan unutmağa çalışdığı kədərin “qonşuluğunda” yaradılsa da, bütünlükdə, nəticə etibarilə çox tutumlu bir sevinc ensiklopediyasıdır. Belə ki, burada hər şey var - sənətkarlıq da, onu şərtləndirən müdriklik də, gözəllik də, duyğulandırıcılıq və zəngin yaşantı da... Bu tablolar, əslində, insanın dünyayla ruhani görüşünün bədii ifadəsidir. Odur ki, Səttarın rəngləri həm də Füzuli ruhunda, fəlsəfə dilində danışır. Ancaq onun ilğıma bənzər şaşırdıcı tabloları heç də hansısa estetik terminə illüstrasiya deyildir. Onlar mahiyyətcə Azərbaycan rəssamlığında yeni səhifə, milli təsviri sənətimizdə oxşarı olmayan, düşündürücülüyünə görə isə çoxqatlı estetik kateqoriyaya çevrilən fəlsəfi mənzərələrdir. Ona görə də Səttar Bəhlulzadə həm də Azərbaycan rəssamlığında “fəlsəfi mənzərə”nin banisi sayılır...

Gözəllik onun Tanrısı idi. Səttar elə bil gözəlliyi duymaq, onu başqalarına kəşf etməkdən ötrü yaranmışdı. Çoxlarına adi görünən dağa, daşa, gülə, çiçəyə, müxtəlif donlu ağaclara hopmuş cüzi gözəllikdən belə heyrətlənə bilirdi. Sonra da bu heyrətini elə bir biçimdə kətan üzərində əbədiləşdirirdi ki, başqaları da bu ecazkarlıq qarşısında heyrətini gizlədə bilmirdi. Doğrudan da rəssamın əsərlərində təbiətin gözümüzdə adiləşən guşələri elə heyrətamiz ifadə vasitələri ilə çəkilib ki, sanki insan oğlu ilə təbiət bir-birinə meydan oxuyur. Biri ağlasığmaz gözəllik yaratdığı, digəri isə bu gözəlliyi dərindən duyduğu üçün... Onlara baxanda dünyamızın kosmosdan çəkilən şəkilləri, nağıllarda təsvir olunan əfsanəvi mənzərələr yada düşür. Çünki Səttar tabloları da duyulası dərəcədə kosmik və ovsunlayıcıdırlar. “Xəzər gözəli”, “Torpağın arzusu”, “Kəpəzin göz yaşları”, “Bazardüzü ətrafı”, “Azərbaycan nağılı” və “Mavi nağıl” əsərləri dediklərimizi təsdiqləyən sənət nümunələridir. Bu tablolarda həm də Səttar dühasının bənzərsizliyinə, yüksək sənətkarlığına, adi mənzərəni düşündürücü fəlsəfəyə bələmək istedadına, bütünlükdə Səttar Bəhlulzadə fenomeninin mahiyyətini görür, ona şahidlik edirik...

Bütün ömrü boyu ağzı Füzuli misralı olan Səttarın şairin çoxqatlı poeziyasına həsr olunmuş yüzlərlə əsəri göstərir ki, Məcnun məhəbbətinin yanğısına, Füzuli poeziyasının alovuna Səttar Bəhlulzadə özü də ayaq qoyub, əsl mənada yanıb-yaxılıb. Məcnunun halına yana-yana özü də sənətin Məcnununa dönüb. Qeysi Məcnun eləyən nakam, əlçatmaz məhəbbəti, Səttarı sənətin Məcnununa çevirənsə rənglərə və doğma torpağa vurğunluğu oldu, desək, həqiqəti ifadə etmiş olarıq...

Epiloq

Heç kim yüz on il əvvəl qədim Əmircandakı adi bir kəndli ailəsində dünyaya göz açan oğlan uşağının adını sənət tarixinə yazacağını, bir qərinəlik yaradıcılığı ilə sənət aləmindəki çox məşhur simalardan birinə, dünyanın Səttarına çevriləcəyini bilmirdi... Öz alın yazısını bizlərdən fərqli olaraq oxumağı bacaran Səttarsa 65 illik ömrünü onun son və əbədi ucalıq nöqtəsinə - sənət zirvəsinə yönəldə bildi. Ən böyük qazancı da bir vaxtlar saçlarını ağartdığı atasının üzünü ağartması, xalqına başucalığı bəxş etməsi oldu...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb