RƏSMİ SƏNƏDLƏR
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ VƏLİƏHDİ ƏLAHƏZRƏT SULTAN BİN ƏBDÜLƏZİZ AL SƏUDA
Əlahəzrət,
Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, xalqlarımızın iradəsindən qaynaqlanan dostluq və əməkdaşlıq münasibətlərimiz daim inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 sentyabr 2005-ci il.