CƏMİYYƏT
“Silahlı Qüvvələr kuboku” adlı velosiped yarışı keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyi münasibətilə Azərbaycan Velosiped İdman Federasiyasının, “İrəli” və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai birliklərinin təşkilati dəstəyi ilə aprelin 21-də Veloparkda “Silahlı Qüvvələr kuboku” adlı velosiped yarışı keçirilib. Yarışda 18 komanda iştirak edib.
AZƏRTAC xəbər verir ki, yarışın keçirilməsində məqsəd general Əlağa Şıxlinskinin döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri gənclərin diqqətinə çatdırmaq, onların vətənpərvərlik hisslərinin artırılmasına, gənclərə milli mənəvi dəyərlərimizin təbliğ edilməsinə və sağlam həyat tərzinin aşılanmasına töhfə verməkdir.