İQTİSADİYYAT
“Silk Way” aviaşirkəti “Boing” tipli yeni təyyarə almışdır
Bakı, 12 oktyabr (AZƏRTAC). “Silk Way” aviaşirkəti daha bir müasir “Boing 747-400” tipli təyyarə almışdır.
AZƏRTAC xəbər verir ki, tutumu 127 ton 600 kiloqram olan təyyarə Azərbaycan paytaxtından Koreya Respublikasının Seul və Çinin Honkonq şəhərlərinə həftədə iki dəfə olmaqla yük daşımalarını həyata keçirəcəkdir. Təyyarənin bir dəfəyə uçuş məsafəsi 13 min kilometr təşkil edir.
Gələn il aviaşirkət öz aviaparkını daha iki yeni “Boing 767-300” tipli yük təyyarəsi ilə artıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:37]
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
- 06.05.2024 [18:02]
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb
- 06.05.2024 [17:14]
Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir
- 06.05.2024 [16:58]
® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
- 06.05.2024 [16:53]