İQTİSADİYYAT
“ŞİMAL” ELEKTRİK STANSİYASINDA İKİNCİ BUXAR-QAZ QURĞUSUNUN QURAŞDIRILMASI İLƏ ƏLAQƏDAR MALİYYƏ MƏSƏLƏLƏRİ HƏLL OLUNUR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Şimal” Elektrik Stansiyasında 400 meqavatlıq ikinci buxar-qaz qurğusunun quraşdırılması ilə əlaqədar maliyyə qiymətləndirilməsinin aparılmasına ciddi hazırlıq görülür.
Layihəni maliyyələşdirən Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının mütəxəssisləri bu il noyabrın əvvəlində Bakıda olmuş, zəruri araşdırmalar aparmışlar. Onlar stansiyanın strukturu, 400 meqavatlıq birinci blokun bütün texniki iqtisadi göstəriciləri, heyətin hazırlanması, istismar sahəsi üzrə məşqlərin keçirilməsi və digər məsələlərlə əlaqədar suallara ətraflı cavab almışlar.
Maliyyəçilərin növbəti səfəri gələn ilin əvvəllərinə nəzərdə tutulmuşdur. Qiymətləndirməni isə mayda başa çatdırmaq planlaşdırılır.