İQTİSADİYYAT
“Sınıq Körpü” gömrük postunda gücləndirilmiş iş rejiminə keçilib
Bakı, 12 avqust, AZƏRTAC
Dövlət Gömrük Komitəsi “Sınıq Körpü” gömrük postunda gücləndirilmiş iş rejiminə keçib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həftənin istirahət günləri ilə əlaqədar olaraq Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayinda artım müşahidə olunduğundan bu gün səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda nisbi sıxlıq yaranıb.
Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları hazırda gücləndirilmiş iş rejimində çalışaraq gömrük postunda keçidlərin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirir və yaxın bir neçə saat ərzində yaranmış nisbi sıxlıq tam aradan qaldırılacaq.