REGİONLAR
Siyəzəndə dama üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Siyəzən, 23 iyul, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında keçirilən dama üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin yaranmasının 28-ci ildönümü münasibətilə Siyəzən Gənclər Mərkəzində təşkil olunan yarışda 30-a yaxın yeniyetmə mübarizə aparıb.
Birincilik stolüstü oyunlara yeniyetmələrin marağının artırılması, sağlam həyat tərzinin təbliği, həmçinin yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.
2 gün davam edən yarışın nəticəsinə əsasən oğlanlar arasında Cahid Allahverdiyev birinci, Əli Qurbanlı ikinci, Fərrux Əliyev üçüncü yeri tutub. Qızların yarışında isə Məryəm Qubanlı ilk, Məryəm Hacıyeva ikinci, Jalə İlyasova üçüncü olub.
Yarışın qalibləri Siyəzən rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları ilə təltif olunublar.