SLOVAKİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İVAN QAŞPAROVİÇƏ
Hörmətli cənab Prezident,
Slovakiyanın milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Slovakiya arasında gündən-günə genişlənən əlaqələr dostluğumuzun daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına sülh və xoşbəxtlik diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 avqust 2005-ci il.