DÜNYA
Slovakiya Ukraynaya otuz piyada döyüş maşını verəcək
Kiyev, 23 avqust, AZƏRTAC
Slovakiya Ukraynaya 30 BVP-1 tırtıllı piyada döyüş maşını təhvil verəcək və bunun müqabilində Almaniyadan 15 Leopard tankı alacaq.
AZƏRTAC Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad açıqlama verib.
“Çox şadam ki, Slovakiya Ukraynaya 30 BVP-1 avtomobili bağışlaya və Almaniyadan 15 Leopard 2-A4 tankı ala biləcək", - deyə Yaroslav Nad əlavə edib. Nazirin sözlərinə görə, bununla bağlı Almaniya ilə razılıq əldə olunub.
Müqaviləyə əsasən, Kiyev həm də döyüş sursatı və piyada maşınları üçün geniş çeşiddə ehtiyat hissələri alacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]