DÜNYA
Sloveniya Avropada hava hücumundan müdafiə təşəbbüsünə qoşulub
Lyublyana, 13 oktyabr, AZƏRTAC
Sloveniya Avropada hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsini hədəfləyən layihəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, NATO-ya üzv olan 14 Avropa ölkəsi “European Sky Shield” (Avropa Səma Qalxanı) təşəbbüsü barədə bəyanat imzalayıb. Təşəbbüs NATO-nun Avropada hava hücumundan müdafiə sistemindəki boşluqları doldurmalı, uzaqmənzilli raketlər və dron hücumlarından müdafiə sistemini təkmilləşdirməlidir.
Almaniyanın təşəbbüsü ilə imzalanan bəyanata Sloveniya tərəfdən müdafiə naziri Maryan Şarets imza atıb. Bu iki ölkədən başqa Böyük Britaniya, Norveç, Slovakiya, Latviya, Macarıstan, Bolqarıstan, Belçika, Çexiya, Finlandiya, Litva, Niderland və Rumıniya təşəbbüsə qoşulublar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]