İQTİSADİYYAT
“SOCAR-AQŞ” MMC daha bir quyuda qazma işlərini başa çatdırmışdır
Bakı, 11 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və “Abşeron Qazma Şirkəti”nin (AQŞ) birgə müəssisəsi olan “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) daha bir quyuda qazma işlərini başa çatdırmışdır.
MMC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müəssisə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Günəşli” yatağının dayazsulu hissəsində 13 nömrəli stasionar dəniz özülündəki 352 nömrəli quyuda qazma işlərini yekunlaşdırmışdır. Fasilə lay dəstəsinə 2 min 950 metr dərinlikdə qazılan quyuda işlər rekord müddətdə - 26 günə tamamlanmışdır.
Məlumatda, həmçinin bildirilir ki, bundan əvvəlki rekord göstərici də məhz “SOCAR-AQŞ”yə məxsusdur. Belə ki, müəssisə tərəfindən 13 nömrəli stasionar dəniz özülündən 351 nömrəli quyu 29 günə 3 min 100 metr dərinlikdə qazılaraq layihə həddinə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]