İQTİSADİYYAT
“SOCAR Energy Ukraina” ikinci nəsil “Lamborghini” avtomobillərinin təqdimatında eksklüziv tərəfdaş olmuşdur
Bakı, 29 may (AZƏRTAC). “SOCAR Energy Ukraina” “Lamborghini Gallardo” ikinci nəsil İtaliya idman avtomobillərinin təqdimatında eksklüziv tərəfdaş olmuşdur. Kiyevin “D’Lux” klubunda təşkil edilmiş təqdimatda Gallardo LP 560-4, LP 570-4 Superleggera və LP 550-2 Balboni modelləri barədə ətraflı məlumat verilmişdir.
Bundan əlavə, tədbirdə “SOCAR Energy Ukraina”nın təqdimatı ilə qonaqlar arasında 3 ədəd 100 litrlik NANO-98 benzini üçün smart-kart oynanılmışdır.
“Lamborghini” avtomobilləri üçün NANO-98 benzinini məsləhət görür. Çünki bu yanacaq növü sürətli mühərriklər üçün yaradılmışdır və avtomobilin idman xarakterinin tam açılmasına imkan yaradır.
Tədbirdə “Diamant-Bank”ın müştəriləri, şou-biznes ulduzları, habelə sahibkarlar və siyasətçilər iştirak etmişlər.
Tədbirin təşkilatçısı “Aqora konsaltinq və marketinq” şirkətidir.
“Lamborghini” şirkətinin marketinq üzrə direktoru Artyom Botsvin brendin tarixindən maraqlı faktlar söyləmiş, ekzotik avtomobillərdən Ukraynada istifadə olunmasının sirlərindən danışmış, yeni avtomobillərin fərqli keyfiyyətlərini əyani nümayiş etdirmişdir.
Təqdimat hissəsindən sonra qonaqlar kompleksin yay meydançasına dəvət edilmişlər. Burada tədbirin tərəfdaşlarının mükafatları uğrunda oyun keçirilmişdir. Mükafatlar arasında ev kinoteatrı, “SOCAR Energy Ukraina” şəbəkəsindən 300 litr NANO-98 yanacağı, “South.art” dizayn studiyasından avtomobil sahibləri üçün faydalı xidmətlər olmuşdur.
Mükafatların oynanılması zamanı yay meydançasında qonaqları sertifikatlaşdırılmış “Lamborghini” seriyasından Asus noutbukları gözləyirdi. Qonaqlar arasında bu xüsusi seriyadan xarici toplayıcı qurğu qazananlar da olmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev