MƏDƏNİYYƏT
Soltan Hacıbəyovun 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək
Bakı, 5 avqust, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Soltan Hacıbəyovun 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ü. Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq tədbir Prezident İlham Əliyevin “Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq keçiriləcək.
Tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.
Gecədə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının müşayiətlə Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]