Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycanda əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin hər hansı təzahürlərinə yol verilmədən cəmiyyət üzvlərinin əmək bazarında bərabər iştirak imkanlarına malik olmaları üçün dolğun hüququ təminat sistemi formalaşıb və müvafiq sahədə mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclasında Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb.

İclas Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 saylı Konvensiyasının icrası sahəsində ölkəmizdə görülən işlərlə bağlı BƏT-in Standartların Tətbiqi üzrə Komitəsinin qəbul etdiyi “Müşahidə və birbaşa sorğu” sənədinin müzakirəsinə həsr olunub.

S.Müslümov Azərbaycanda müasir və hüquqi cəmiyyət quruculuğunun mühüm komponenti kimi, əmək və məşğulluq sahəsində milli qanunvericiliyin də demokratik yanaşmalara, hər bir cəmiyyət üzvünün hüquq bərabərliyi prinsipinə əsaslandığını qeyd edib. Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf proseslərində də hər bir cəmiyyət üzvünün bərabər iştirakına şərait yaradılıb: “Ölkə qanunvericiliyi əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini qadağan edir. Bununla yanaşı, qeyd olunan amillərdən asılı olmayaraq, bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanlar verilir”.

Azərbaycanda əmək və məşğulluq sahəsində qadınların kişilərlə bərabər iştirak imkanlarının olduğunu diqqətə çatdıran S.Müslümov bildirib ki, müsbət tendensiya kimi, ölkədə qadınlar arasında məşğulluğun artımı iqtisadi fəal əhali tərkibində qadınların say artımını üstələyir: “Ümumilikdə, 2003-cü illə müqayisədə respublikamızda məşğul əhali tərkibində qadınların xüsusi çəkisi 20,4 faiz artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 47,2 faizi qadınlarla bağlanmış müqaviləlilərə aiddir. Digər tərəfdən, 40-54 yaş arasında olan şəxslərlə bağlanmış əmək müqavilələri sırasında kişilərlə müqayisədə qadınlarla bağlanan əmək müqavilələri çoxluq təşkil edir. Məsələn, 40-44 yaş qrupları üzrə bağlanmış əmək müqavilələrinin 51,9 faizi, 45-49 yaş qrupları üzrə bağlanmış əmək müqavilələrinin 54,7 faizi, 50-54 yaş qrupları üzrə bağlanmış əmək müqavilələrinin 53,2 faizi qadınlarla bağlanıb”.

Nazirliyin həyata keçirdiyi aktiv məşğuluq tədbirlərində də qadınların kişilərlə bərabərhüquqlu iştirakına şərait yaradılır. Bu müsbət amil yeni özünüməşğulluq proqramında da özünü göstərir. Proqramda iştirak üçün müraciət edərək müvafiq təlim kurslarına cəlb olunanlardan 431 nəfəri qadınlar olub. Kursları bitirdikdən sonra qiymətləndirmə zamanı həmin qadınlardan 65 faizinin və ya 280 nəfərinin biznes-planları uğurlu hesab edilib. Hazırda digər proqram iştirakçıları kimi onların da biznes-planlarını həyata keçirilməsi üçün aktivlərlə təminatı işləri aparılır”. S.Müslümov qeyd edib ki, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirlərində də qadınların iştirakı təmin olunur. Nazirliyin məşğulluq orqanlarının xətti ilə bu ilin 4 ayında peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 735 nəfəri və ya 47,5 faizi qadınlar olub.

Nazir bildirib ki, ümumilikdə, respublikamızda BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 saylı Konvensiyasından irəli gələn öhdəliklərin icrası daim diqqətdə saxlanılır. BƏT-in Standartların Tətbiqi üzrə Komitəsinin qəbul etdiyi “Müşahidə və birbaşa sorğu” sənədində bu sahədə ölkəmizdə mövcud vəziyyətə dair qeydlər də əksini tapıb: “Beynəlxalq Əmək Konfransının gələn ay Cenevrədə 106-cı sessiyası, o cümlədən sessiya çərçivəsində həmin Komitənin iclası keçiriləcək. İclasda digər məsələlərlə yanaşı, qeyd olunan sənədin də müzakirəsi nəzərdə tutulur. BƏT-in Rəhbər Orqanının üzvlüyünə namizədliyini irəli sürmüş ölkəmiz üçün həmin müzakirələr və onların nəticələri xüsusi əhəmiyyət kəsb edir”.

İclasda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya tərəfindən BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 saylı Konvensiyasının icrası sahəsində ölkəmizdə görülən işlərlə bağlı BƏT-in Standartların Tətbiqi üzrə Komitəsinin qəbul etdiyi “Müşahidə və birbaşa sorğu” sənədi ətraflı müzakirə edilib. Komissiya həmçinin sənəddən irəli gələn məsələlərə uyğun olaraq, əmək və məşğulluq sahəsində bərabər imkanların yaradılmasına, bu sahədə daimi və çevik nəzarətin təmin olunmasına, ölkəmizdə sosial tərəfdaşlıq mexanizminin inkişafı yönündə aparılan işlər, üçtərəfli formatda həyata keçirilən tədbirlər və s. barədə əlavə və dolğun məlumatların hazırlanaraq Komitəyə təqdim olunması ilə bağlı görüləcək işləri müəyyən edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb