Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOVET İTTİFAQI QƏHRƏMANI TƏYYARƏÇİ-KOSMONAVT VALENTİNA VLADİMİROVNA TEREŞKOVAYA

Hörmətli Valentina Vladimirovna!

Sizi, dünyada ilk kosmonavt qadını, kosmosa tarixi uçuşunuzun 40 illik yubileyi münasibətilə təbrik edir, Sizə səadət, cansağlığı və firavanlıq arzulayıram.

Bütün bu qırx il ərzində Siz yer üzündə yaşayan milyonlarla insan üçün əfsanəvi qadın, qadın simvolusunuz. Siz həmişə hamının diqqət mərkəzində olmusunuz, dövlətçilik fəaliyyəti ilə və ictimai fəaliyyətlə aktiv məşğul olmusunuz. Sizin layiq görüldüyünüz çoxsaylı mükafatlar və ad-sanlar həm kosmik hünərinizin etiraf olunması, həm də qeyri-adi şəxsiyyətinizin gücünün və cazibədarlığının inikasıdır.

Sizə uzun ömür arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin