Soyğunçular cəzasız qalmayacaqlar
Bakı, 17 fevral (AZƏRTAC). Fevralın 7-də Kəmalə Abbasovanı döyərək mobil telefonunu ondan almaqda şübhəli bilinən İsmayıllı rayon sakini Elşən Qurbanov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Yanvarın 20-də paytaxt sakini Vəzurə İmanovaya qarşı soyğunçuluq edilmişdir. Cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Mirzə Hüseynov fevralın 16-da Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]