SİYASƏT
Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Tiflisdə beynəlxalq konfransda iştirak edəcəkdir
Bakı, 14 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva BMT-nin Qadınların Gender Bərabərliyi və Hüquqları Təşkilatı tərəfindən keçiriləcək “Münaqişələr çərçivəsində birləşən qadınlar: BMT Təhlükəsizlik Şurasının 1325, 1820, 1888, 1889 saylı qətnamələrinin həyata keçirilməsinə dair məsuliyyətin yaradılması” mövzusunda kross-regional proqram üzrə yekun konfransa qatılmaq məqsədilə martın 14-dən 15-dək Tiflisə səfər etmişdir.
SAM-dan AZƏRTAC-a bildirmişlər ki, proqram dörd istiqamətdə - qadın milli fəaliyyət planının inkişaf etdirilməsi, sülh və təhlükəsizlik, genderin təhlükəsizlik sektoruna daxil edilməsi, cinsi zorakılıq qurbanlarına müdafiə və yardımın gücləndirilməsi və qadın hüquqlarının və sülh dialoqlarında qadınların iştirakının təşviqi sahələrində əhəmiyyətli nəticələr əldə etmişdir.
BMT Qadın Proqramının əsas məqsədi təcrübə mübadiləsi, proqramın bütün istiqamətlərində qazanılmış təcrübədən ölkələrin milli səviyyədə faydalanması imkanının yaradılması və proqramın ikinci mərhələsində nəzərdə tutulmuş tədbirlər üçün strategiyaların təsdiq olunmasıdır.