Sumqayıt “AİTF-2013” sərgisində təmsil olunur
Sumqayıt, 5 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, “Bakı Ekspo” sərgi və toplantı mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC şirkətlərinin təşkilatçılığı ilə “AİTF-2013” 12-ci Azərbaycan Beynəlxalq turizm və səyahətlər və 7-ci Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, yay turizm mövsümünün astanasında təqdim olunan Azərbaycanın və ümumilikdə Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış sərgisində Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi ayrıca bölmə ilə iştirak edir.
“AİTF-2013” 12-ci Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin “Azərbaycanda istirahət” bölümündə Sumqayıt ilə yanaşı, Xaçmaz, Quba, Şəki, Gəncə, Masallı, İsmayıllı, Lənkəran, Oğuz. Naftalan, Balakən, Naxçıvan, Salyan, Lerik, Xızı, Zaqatala və respublikanın digər rayon və şəhərlərinin ən məşhur kurort zonaları, mehmanxana və pansionatları da vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]